/ / “İlham Əliyev şəxsiyyətinin müasir Azərbaycan tərəqqisində rolu, tarixi zəfər səlnaməsi” mövzusunda elmi praktik konfrans keçirilib
“İlham Əliyev şəxsiyyətinin müasir Azərbaycan tərəqqisində rolu, tarixi zəfər səlnaməsi” mövzusunda elmi praktik konfrans keçirilib
14.10.2023 [16:37]
Yeni Azərbaycan partiyası Qubadlı rayon təşkilatının təşkilatçılığı ilə 15 oktyabr 2023-cü il tarixində İlham Əliyevin prezidentliyi dövrünün 20 illiyi ilə əlaqədar “İlham Əliyev şəxsiyyətinin müasir Azərbaycan tərəqqisində rolu, tarixi zəfər səlnaməsi” mövzusunda elmi praktik konfrans keçirildi .
Konfransdan öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyuldu .
Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının sədri cənab Təhmasib Rüstəmov qeyd etdi ki , Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan son 20 ildə əsrə bərabər inkişaf yolu keçib. Bu gün Ümummilli liderin ideyalarını uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tarixinin ən parlaq və qürulu dövrünü yaşayaraq nurlu bir yolla gələcəyə inamla addımlayır . Cənab Ali Baş konadan İlham Əliyevin rəhbərliyi ilə əsası məhz Ulu öndər Heydər Əliyev tərfindən qoyulmuş ordu quruculuğu siyasəti yekunda öz müsbət nəticəsini verdi. üç il öncə 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalına son qoydu, xalqımız adını əbədi olaraq tarixə qalib xalq kimi yazdırdı.2003-cü ildən başlayaraq müstəqil Azərbaycan Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bir çox uğurlara imza atmış, sosial-iqtisadi inkişaf yolunda mühüm nailiyyətlər əldə etmişdir. Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil. Başda Qubadlı rayon İcra Hakimiyyətinin başçısı cənab Malik İsaqov olmaqla , rayon sakinləri, ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, onunla qürur duyur, cənab prezident İlham Əliyevin ətrafında sıx birləşərək , onun apardığı daxili və xarici siyasəti dəstəkləyir .
Məruzə ilə çıxış edən Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbinin direktoru, Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Xıdırlı kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Savalan İmanov bildirdi ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyev siyasi rəhbərliyə qayıdandan sonra müstəqilliyini itirmək, parçalanmaq təhlükəsindən xilas olan Azərbaycan inkişaf yoluna çıxdı. Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyi sübuta yetirilib. Ümummilli Liderin siyasi kursunun yeganə düzgün yol olduğunu görən xalqımız 2003-cü ildə keçirilən seçkilərdə onun layiqli varisi İlham Əliyevi dəstəkləyərək , onu özünə yeni Prezident seçdi. Prezident İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti çox keçmədən öz müsbət nəticələrini verdi.Xalqın öz liderinə inam və etimadı son dərəcədə artdı. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Cənab prezdentin apardığı siyasət Azərbaycan xalqının uğurlu gələcəyi üçün hesablanıb. Beynəlxalq aləmdə Azərbaycanın müstəqil dövlət kimi formalaşması üçün önəmli addımlardan biridir .
Qubadlı rayon İcra Hakimiyyətinin başçısının müavini cənab Allahverdi Haxverdiyev bildirdi ki, Ötən 20 ilə nəzər salsaq görərik ki, cənab prezident İlham Əliyev xalqa verdiyi bütün vədləri yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi uzunmüddətli iqtisadi inkişaf strategiyası ölkənin regionlarının davamlı və tarazlı inkişafının təmin olunmasını, o cümlədən yerlərdə dayanıqlı inkişaf prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli iqtisadiyyat, yüksək standartlara cavab verən sosial rifah, təbii resursların səmərəli istifadəsini və ətraf mühitin etibarlı mühafizəsini təmin edən ekoloji təhlükəsizlik sisteminin formalaşdırılmasına imkan verən əlverişli mühit yaratmaq məqsədini daşıyır.
Qubadlı rayon Kavdadıq kənd tam orta məktəbinin direktoru,Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının Kavdadıq kənd tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Alimə Bayramova , Qubadlı rayon Aşağı Mollu kənd tam orta məktəbinin tarix müəllimi,partiya fəalı Ramin Heydərov , Yeni Azərbaycan Partiyasının gənc fəal üzvü İlkanə Məmmədova çıxışlarında vurğuladılar ki, cənab prezident İlahm Əliyevin rəhbərliyi ilə Ötən 20 ildə iqtisadi və sosial sahədə ciddi uğurlar qazanılıb, ölkə iqtisadiyyatı 3,2 dəfə artıb,2 milyondan çox yeni iş yerləri yaradılıb, əməkhaqları, pensiyalar və müavinətlər dəfələrlə artırılıb. Son 20 ildə regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı zəruri tədbirlər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət və digər sosial layihələrin reallaşdırılmasında mühüm rolu olan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin miqyası minlərlə insanın sosial şəraitinin yaxşılaşması üçün yeni imkanlar açıb. Cənab Prezident İlham Əliyevin apardığı siyasəti bir daha onu göstərir ki , Azərbaycan daim uğurla inkişa edir ,dünya dövlətləri arasında layiqli yer tutur.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

