YAP Gənclər Birliyi "Xocalı soyqırımını tanı!" kampaniyasına start verib
28.01.2012 [00:21]
Fransa Senatı tərəfindən uydurma “erməni soyqırımı”nı inkar edənlərə qarşı məsuliyyət müəyyən edən qanunun qəbul edilməsi Azərbaycan cəmiyyətinin kəskin etirazı ilə qarşılanıb. Azərbaycan gəncliyinin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP GB) də Senatın bu addımına ciddi etiraz edir. Belə ki, YAP GB-nin üzvləri bununla bağlı hər bir senatora etiraz müraciəti ediblər. Müraciətdə bu sənədin heç bir fakta əsaslanmadığı qeyd olunur, eləcə də, ermənilərdən məzlum xalq obraz yaratmaq cəhdləri pislənilir.
YAP-ın gəncləri Fransa parlamentarilərindən tarixdə baş verməmiş hadisəyə görə qanun qəbul etməyi yox, Ermənistan silahlı qüvvələri tərəfindən 20 il öncə törədilmiş Xocalı soyqırımını tanımağı tələb ediblər. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində növbəti addım atıb. Belə ki, dünəndən etibarən YAP gəncləri “Xocalı soyqırımını tanı!” kampaniyasına start verib. Kampaniya çərçivəsində nüfuzlu beynəlxalq təşkilatlara, tanınmış siyasətçilərə, dövlət və hökumət nümayəndələrinə, parlamentarilərə Xocalı soyqırımını əks etdirən fotofaktların və statistik göstəricilərin ünvanlanması nəzərdə tutulur.
İlk olaraq isə partiyanın Gənclər Birliyinin adından Fransa prezidenti Nikola Sarkoziyə, bu ölkənin parlamentinin yuxarı və aşağı palatasının-Senatın və Milli Assambleyanın, həmçinin, hökumətinin hər bir üzvünə fərdi qaydada “Xocalı soyqrımını tanı!” başlığı altında müraciət ünvanlanıb.
Kampaniya ilə bağlı YAP Gənclər Birliyinin mərkəzi ofisinin rəhbəri Sərraf Hüseynov bildirib ki, Fransa Senatı tərəfindən məlum qanunun qəbul olunması Türkiyəni narahat etdiyi kimi ona qardaş olan Azərbaycanı da narahat edir: “Azərbaycan ictimaiyyətinin fəal hissəsi olaraq YAP gəncləri kimi məsələyə münasibətimizi bildirmək qərarına gəldik. Fransa uydurma “erməni soyqırımı”nı tanımaqdansa, yaxın keçmişdə baş verən Xocalı soyqırımına diqqət yetirməlidir. Ona görə də, ilk olaraq “Xocalı soyqırımını tanı!” kampaniyasını Fransadan başlamalı olduq. Burada Xocalı soyqırımını əks etdirən fotolar və hadisə haqqında statistik məlumat da əksini tapıb. Bildiyiniz kimi, bu il Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun yaradılmasının 20 ili tamam olur. Fransa da Minsk qrupunun həmsədrlərindən biridir. Amma uydurma “erməni soyqırımı” ilə bağlı qanun qəbul etməsi ilə Fransa artıq özünün qərəzli mövqeyini ortaya qoymuş oldu. Ona görə də, biz bu kampaniya çərçivəsində ilk olaraq Fransanın prezidentinə, parlamentarilərinə, hökumət nümayəndələrinə Xocalı soyqırımı haqqında məlumat göndərməyi qərara aldıq. Bu kampaniya fevral ayının sonuna qədər davam edəcək. Xocalı soyqırımını əks etdirən faktlar bu müddət ərzində Fransa prezidenti və uydurma “soyqırımı” haqqında qanunun müəllifi olan Valeria Boyerin elektron ünvanına isə hər gün göndəriləcək”.
S.Hüseynov onu da bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası həyata keçirilir, bu soyqırımın dünyada tanıdılması istiqamətində böyük işlər görülür. Onun fikrincə, bu işlərin davamlılığı öz effektini verir: “Biz də belə qərara gəldik ki, bu kampaniyanı yalnız bir gün ərzində yox, indidən başlayaraq fevralın sonuna qədər davam etdirək və bu faktları təkrar-təkrar elektron ünvanlara göndərək. Bu məsələ Fransa ilə məhdudlaşmır, Xocalı soyqırımı haqqında həmin məlumatlar digər dövlətlərə və beynəlxalq təşkilatlara da göndəriləcək. Məsələn, ATƏT-in, Avropa Şurasının rəsmi şəxslərinə, Rusiyanın parlamentarilərinə, ABŞ-ın konqresmenlərinə, rəsmi nümayəndələrinə, “erməni soyqırımı”nı tanıyan digər şəxslərə bu məlumatlar göndəriləcək. Eləcə də, bu faktları təkcə BMT-nin Baş ofisinə deyil, onun təşkilatlarının elektron ünvanlarına da göndərəcəyik. Onlar bilməlidirlər ki, tarixdə mövcud olmayan hadisələri qabardıb millətləri bir-birinə qarşı qoymaqdansa, yaxın keçmişdə baş verən Xocalı soyqırımına münasibət bildirmələri daha yaxşı olardı”.
YAP Gənclər Birliyinin sədr müavini Aygün Əliyeva da bildirib ki, Fransa parlamentinin belə bir qanun qəbul etməsi Azərbaycan ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Onun sözlərinə görə, demokratik dəyərlərin beşiyi sayılan Avropada belə bir qərarın qəbul olunması təbii ki, Azərbaycan tərəfindən də birmənalı qarşılanmır: “YAP Gənclər Birliyi olaraq biz də istədik ki, məhz bu hadisəyə öz münasibətimizi bildirək. çünki bu, həm hüquqi, həm də tarixi baxımdan səhv bir addımdır. İstər insan hüquqları baxımından, istərsə, Avropa insan haqları Konvensiyasına görə, insanların ifadə və düşüncə azadlığını məhdudlaşdırmaq olmaz. Bu qərar isə insanların fikir azadlığının boğulması deməkdir. Fransa həm də ATƏT-in Minsk qrupunun həmsədri olduğu üçün bu qərarı qəbul etməməli idi. Düşünürəm ki, bu, təkcə Türkiyəyə qarşı yönəlmiş qərar deyil, həmçinin, Azərbaycana qarşı yönəlib. Türkiyə ölkəmizin strateji müttəfiqidir. Və hadisələrə münasibətimizi bu səviyyədə göstərməliyik. Biz gənclər olaraq ilk növbədə Fransanın 1000 nəfərə yaxın nümayəndəsinə bu müracəti göndərmişik. Əsas məqsədimiz ondan ibarətdir ki, tarixdə olmayan məsələni qabartmaqdansa, yaxın keçmişdə baş verən, canlı şahidlərinin olduğu faciələri tanımaları lazımdır. Biz bundan sonra da Qarabağ həqiqətlərinin beynəlxalq təşkilatlara çatdırılması istiqamətində mühüm işlər görəcəyik”.
Məsələ ilə bağlı YAP Gənclər Birliyinin mərkəzi ofisinin təşkilati işlər üzrə koordinatoru Vüsalə Niftəliyeva isə bildirib ki, Fransada erməni diasporu və lobbisinin güclü olması faktdır və bu qərar hansısa siyasi qüvvənin seçkilərdə qalib gəlməsi üçün atılan addımlardan biridir. “Amma bu qərarla Fransa Senatı Avropa dəyərlərini heçə saymış oldu. O cümlədən, Fransa humanizm prinsipindən çıxış etmədiyini nümayiş etdirdi. Heç bir həqiqətə söykənməyən bu qanun bütün Türk dünyasına qarşı yönəlib. Amma bütün bunların əvəzində Xocalı soyqırımını tanımaq daha ədalətli olardı. Ona görə də, bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Gənclər olaraq məsələyə biganə yanaşmırıq. Bildiyiniz kimi, bu günlərdə Avropa Şurasında Xocalı soyqırımı haqqında sənəd yayılıb və sənəddə Xocalının insanlığa qarşı cinayət olduğu bildirilir. Mən inanıram ki, həyata keçirdiyimiz tədbirlər nəticəsində dünya Xocalı soyqırımını tanıyacaq. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, fransız dilində Xocalı soyqırımı ilə bağlı faktları əks etdirən məlumatda məhz bunlar yer alıb: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə. Azərbaycan Respublikası, Xocalı şəhəri. Erməni hərbi birləşmələri Xocalı şəhərinə hücum etmişdir. Bu amansız hücumun nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz zülm və işgəncələrə məruz qalmışdır. 150 nəfərin taleyi hələ də məlum deyildir.
Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar.
8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir.
Əlavə xatırlatma: Azərbaycanın ərazisinin 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Bir milyondan yuxarı azərbaycanlı öz yaşayış məskənlərindən qovulmuş, minlərlə insan həlak olmuşdur. Ermənistanın Azərbaycana qarşı təcavüzü BMT Təhlükəsizlik Şurasının 1993 - cü ildə qəbul etdiyi qətnamələrlə - 822, 853, 874, 884 - pislənmiş və işğal olunmuş ərazilərin azad olunması tələb edilmişdir. Münaqişənin sülh yolu ilə aradan qaldırılması məqsədilə, 1992-ci ildə yaradılmış ATƏT - in Minsk qrupunun bu il 20 ili tamam olur. Ancaq hələ də Azərbaycanın işğal olunmuş torpaqları Ermənistan ordusunun nəzarəti altındadır. Fransa ATƏT-in Minsk qrupunun həmsədr ölkəsidir. Biz sizə müraciət edirik:
BƏS, SİZ, FRANSA QANUNVERİCİLƏRİ-SENATORLAR, PARLAMENTARİLƏR, HöKUMƏT üZVLƏRİ, XOCALI SOYQIRIMINA NƏ ZAMAN MüNASİBƏT BİLDİRƏCƏKSİZ? ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Fransa Azərbaycanın işğal olunmuş torpaqlarının Ermənistan ordusundan azad edilməsini nə vaxt tələb edəcək?”.
Bir daha vurğulayaq ki, eyni məzmunda müraciətlər müxtəlif dillərdə xarici ölkələrin parlament və hökumət üzvlərinə göndəriləcək və bu aksiya davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

