Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır
19.10.2023 [11:16]
Oktyabrın 13-də Bişkekdə Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Prezident İlham Əliyevin həmin iclasdakı çıxışı Azərbaycan xalqının növbəti nailiyyəti olmaqla, istəyimizi və gələcəyə baxışımızı özündə ehtiva etdi. Azərbaycan Prezidenti etdiyi məzmunlu çıxışında bir daha Birliyə üzv dövlətlərlə ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq, humanitar və iqtisadi sahələrdə görülən qarşılıqlı işləri, əldə olunmuş razılaşmaların yerinə yetirildiyini, eləcə də artan əmtəə dövriyyəsinin həcmini xüsusi qeyd etdi. Dövlət başçısı eyni zamanda Azərbaycanın MDB-nin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşa çevrildiyini bildirərək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə bağlı ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə perspektivli layihələrin həyata keçirilməsinin MDB məkanının nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi üçün nə dərəcədə faydalı olduğunu diqqətə çatdırdı. Səfər çərçivəsində Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin MDB-nin Fəxri Nişanı ilə təltif olunması mərasimində iştirak etdi. Qeyd edək ki, qardaş Özbəkistanın Səmərqənd şəhəri 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edildi. Beləliklə, Azərbaycan son illərdə Avrasiyanın əsas, etibarlı nəqliyyat və logistika mərkəzlərindən biri kimi özünü sübut etmişdir. Yalnız iki ölkəyə deyil, eyni zamanda Cənubi Qafqaz regionuna sülh və rifah gətirərək beynəlxalq birliyin maraqlarına xidmət edəcək Zəngəzur dəhlizinin açılması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır.
Qeyd edək ki, siyasi, iqtisadi imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq arenadakı mövqelərini möhkəmləndirib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr ölkəmizin iştirakı, milli maraqların nəzərə alınması ilə həyata keçirilir.
MDB ölkələri ilə əməkdaşlıq da ölkəmizin xarici siyasət vektorlarından biri kimi daim inkişaf etdirilməkdədir. Azərbaycan MDB iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır. MDB ilə bağlı gözləntilərin tam reallaşmamasına baxmayaraq, yenə də Azərbaycan MDB çərçivəsində fəallığını davam etdirməyi məqsədəuyğun hesab edir. Azərbaycanın bu quruma daxil olması Ermənistanın müəyyən planlarının qarşısını almaq baxımından əhəmiyyətli olmuşdur. Çünki Azərbaycanın razılığı olmadan MDB heç bir ciddi sənəd qəbul edə bilməmişdir. Azərbaycan MDB-nin bir çox sənədlərinə Ermənistanla mövcud münaqişəyə görə veto qoya bilmişdir. Xüsusilə, təhlükəsizlik sisteminin yaradılması məsələsində ölkəmizin müstəqil mövqe nümayiş etdirməsi ermənilərin qərəzli siyasi niyyətlərini cilovlamağa imkan vermişdir. Aktual olan məsələlərdən biri kimi nəqliyyat-tranzit imkanlarının genişləndirilməsini vurğulamaq lazımdır. O cümlədən "Bir kəmər, bir yol" beynəlxalq layihəsi coğrafi olaraq MDB ölkələri ilə sıx əlaqəlidir. Çindən başlayıb Avropaya gedən yol üzərində bir neçə MDB ölkəsi var. Çinin irəli sürdüyü layihədə MDB-yə üzv dövlətlərin müstəqil iştirak etdiyi məlumdur. Lakin onlar həm də MDB-nin üzvləri olduqlarından, təşkilat üzvü kimi də müəyyən fəaliyyətləri koordinasiya etməli və hüquqi aspektdə tənzimləməlidirlər.
Bu gün Azərbaycanın istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə əldə etdiyi bütün uğurlar yeni çağırışlara cavab verən mükəmməl və dayanıqlı idarəetmə modelinin tətbiqinin bariz nümunəsidir və doğma Qarabağımızda gedən sürətli bərpa işləri Azərbaycan dövləti və xalqının dünyada, xüsusilə Cənubi Qafqazda sülhün, əmin-amanlığın, davamlı inkişafın carçısı olduğunu bir daha bütün dünyaya nümayiş etdirməkdədir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48
Gündəm
19 Avqust 11:58
Gündəm
19 Avqust 11:45
İqtisadiyyat
19 Avqust 11:35
Analitik
19 Avqust 11:25
İqtisadiyyat
19 Avqust 11:05
Analitik
19 Avqust 10:45
Analitik
19 Avqust 10:15
Analitik
19 Avqust 09:48
Sosial
19 Avqust 09:20
Sosial
19 Avqust 09:05
Dünya
18 Avqust 23:56
Dünya
18 Avqust 23:25
Dünya
18 Avqust 22:44
Dünya
18 Avqust 22:05
Dünya
18 Avqust 21:35
Dünya
18 Avqust 20:54
Dünya
18 Avqust 20:25
Dünya
18 Avqust 19:55
Dünya
18 Avqust 19:25
İqtisadiyyat
18 Avqust 18:55
İdman
18 Avqust 18:35
Mədəniyyət
18 Avqust 18:10
Elm
18 Avqust 17:45
Mədəniyyət
18 Avqust 17:10
İdman
18 Avqust 16:45
Sosial
18 Avqust 16:24
Sosial
18 Avqust 16:03
İqtisadiyyat
18 Avqust 15:53
Gündəm
18 Avqust 15:33
İqtisadiyyat
18 Avqust 15:14
Siyasət
18 Avqust 14:55
Xəbər lenti
18 Avqust 14:41
Dünya
18 Avqust 14:35
Xəbər lenti
18 Avqust 14:17
Dünya
18 Avqust 13:55
Dünya
18 Avqust 13:35
Xəbər lenti
18 Avqust 13:03
Elm
18 Avqust 12:45
Analitik
18 Avqust 12:07
Gündəm
18 Avqust 11:55
Gündəm
18 Avqust 11:45

