Qazaxda Ümummilli Lider Heydər Əliyevin Anım Günü qeyd olundu
11.12.2023 [16:22]
Ümummilli Lider Heydər Əliyevin Anım Günü ilə əlaqədar 11 dekabr 2023-cü il tarixdə YAP Qazax rayon təşkilatının Qazax rayon İcra Hakimiyyəti ilə birgə “Dahilər ölmürlər, əbədiyyətə qovuşurlar!” mövzusunda tədbiri keçirildi.
Tədbir Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulması ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və müqəddəs şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev açaraq Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı danışdı. Rayon təşkilatının sədri qeyd etdi ki, Dahi Rəhbərin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf dövrü kimi şanlı dövlətçilik tariximizə qızıl hərflərlə yazılmışdır. A.Nəbiyev vurğuladı ki, xalqımızın xilaskarı, dahi şəxsiyyət Heydər Əliyev 20 ildir ki, cismən aramızda olmasa da, xoşbəxtliyimiz ondadır ki, onun ideyaları, ilahi arzuları Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında günbəgün, zaman - zaman həyata keçir, müstəqil Azərbaycanımız hər gün yeni bir uğura, nailiyyətə, qələbəyə imza atır.
Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı çoxşaxəli fəaliyyətindən, müstəqil Azərbaycanımızın xoş - firavan gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuz qazanmasındakı misilsiz xidmətlərindən geniş bəhs etdi. Rayon İcra Hakimiyyətinin başçısı bu gün Ulu Heydər Əliyev ideyalarının, onun dəsti - xəttinin Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında əzmlə, uğurla davam etdirilməsindən bəhs edərək, Əbədiyaşar Liderimizə Ulu Tanrıdan rəhmət dilədi.
Sonra partiya veteranı Bəsti Ələkbərova, Qazax Dövlət Sosial İqtisadi Kollecinin tələbəsi Gülnar Səmədova, partiya veteranı Fərhad Qocamanov, partiya fəalı Gülnaz Alışanova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, misilsiz xidmətlərindən ətraflı bəhs etdilər. Natiqlər Ulu Öndərin əziz xatirəsinin heç zaman unudulmayacağını, müdrik xalqımızın qəlbində əbədi yaşayacağını bildirdilər və Dahi Rəhbərə rəhmət dilədilər.
Sonda partiya veteranı, şair Kazım Kazımlı və Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirdilər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

