Dostluq əlaqələri güclənir
18.12.2023 [10:36]
Dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya işgüzar səfər etmişdir. Səfər çərçivəsində Dövlət başçılarının təkbətək və geniş tərkibdə görüşləri keçirilmiş, daha sonra Serbiyanın Niş şəhərində keçirilən Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə yanaşı Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev də iştirak edib.
Azərbaycan Serbiya ilə strateji tərəfdaşdır. Məlumdur ki, iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və hər iki ölkənin rəhbəri sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqlik nümayiş etdirirlər. Prezident İlham Əliyevin Serbiya prezidenti ilə şəxsi dostluq münasibətləri də böyük ölcüdə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət edir.
Dövlətimizin başçısı mərasimdə çıxış edərək Azərbaycan-Serbiya münasibətlərinə toxunmuş, keçən il Serbiyaya rəsmi səfər etdiyini, ondan bir ay sonra Prezident Vuçiç Azərbaycana səfərə gəldiyini xatırladaraq, bu qarşılıqlı səfərlər iki ölkə arasında mövcud olan əlaqələrinin sürətlə və dinamik şəkildə inkişafının göstəricisi olduğunu bildirib.
Prezident İlham Əliyev çıxışında Bolqarıstanla da Azərbaycanı strateji tərəfdaşlıq Sazişi bağladığını, iki ölkə arasında münasibətlərin dostluq və strateji tərəfdaşlıq üzərində qurulduğunu vurğulayıb.
Bugünkü mərasimin dostluq, strateji tərəfdaşlıq mərasimi olduğunu söyləyən Dövlət başçımız bu mərasimin Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihə olduğunu qeyd edib.
“Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda biz təbii qazımızı səkkiz ölkəyə ixrac edirik, Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcəkdir”- deyən Prezident İlham Əliyev bu münasibətlə Azərbaycan xalqını da təbrik edib.
Dövlətimzin başçısı məlumat üçün bildirib ki, keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum icra edilir. Bu memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, biz inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə bizim Avropa məkanına qaz ixracımız 8 milyard kubmetrdən bir qədər çox olmuşdursa, bu il bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
“Azərbaycanın bütövlükdə enerji strategiyası uğurla icra edilir. Bizim tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir.”- deyən Prezident İlham Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır.
Ölkə başçısı onu da bildirib ki, cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir.
Bu bir reallıqdır ki, bu gün Prezident İlham Əliyevin yürütdüyü düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi yüksək imic qazanıb. Dövlət başçısı da çıxışında Azərbaycanın, sözün əsl mənasında, etibarlı tərəfdaş olduğunu, dostluq ənənələrinə həmişə sadiq və dostluğu yüksək qiymətləndirdiyini vurğulayıb.
Ölkə başçısı Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başladığını, 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edildiyini. 2022-ci il 500 milyon kubmetrdən bir qədər çox, bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacağını bildirib.
Gələcək planlardan söz açan Prezident İlham Əliyev bildirib ki, planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirmək və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Dövlət başçısı əsas hədəfin bərpaolunan enerji növləri ilə bağlı olduğunu bildirib.
“Həm Serbiya, həm Bolqarıstan, həm Şərqi Avropa qrupuna daxil olan digər ölkələr Azərbaycanın namizədliyini dəstəkləyərək COP29 konfransının Azərbaycanda, Bakıda keçirilməsinə izn verdilər, öz dəstəyini göstərdilər”-deyən ölkə başçısı bunun bir daha dostluğumuzun nümunəsi olduğunu vurğulayıb.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55

