Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir
30.01.2024 [14:46]
Məlumdur ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətdə olduğu hər iki tarixi dövrdə - istər sovetlər dönəmində, istərsə də müstəqillik illərində gənc nəslin sağlam və vətənpərvər ruhda formalaşmasına, elmi biliklərə yiyələnməsinə, müasir tələblərə cavab verən təhsil almasına xüsusi diqqət yetirib. Təsadüfi deyil ki, Ümummilli Liderimizin respublikaya rəhbərlik etdiyi illərdə gənc nəslə diqqət və qayğı dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Savadlı gənc kadrların yetişdirilməsi məqsədilə Ulu Öndər hələ 1970-1980-ci illərdə Azərbaycan gənclərinin keçmiş Sovetlər birliyinin ən qabaqcıl ali təhsil müəssisələrində oxumaları üçün əməli tədbirlər görüb, böyük səylər göstərib. Əlbəttə ki, bu siyasət Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə qayıdışından sonra daha böyük uğurla davam etdirildi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Ulu Öndər dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumunu daim diqqət mərkəzində saxlayır, bu məqsədlər üçün hər il dövlət büdcəsində böyük məbləğlərdə vəsait ayırır, istedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək məqsədilə ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə görüşlər keçirirdi. Bütün bunlar Azərbaycan gəncliyinin potensialının milli mənafelərimizin təmin olunmasına, ölkənin inkişafına və dövlətimizin daha da güclənməsinə yönəldilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən tədbirlər idi.
Məlum olduğu kimi, Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradılmışdır. Bu qərar müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətlərinin əlaqələndirilməsi işinə yeni bir təkan verdi. Bundan başqa Ulu Öndər respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakına zəmin yaratmaq, gənclər siyasətinin başlıca məqsəd, prinsip və istiqamətlərini, eləsə də təşkilati-hüquqi əsaslarını müəyyən etmək üçün bir çox digər vacib sənədlər imzalamışdır. Xüsusilə qeyd edilməlidir ki, Ümummilli Liderimizin gənclər forumunun təşkili ilə bağlı 1995-ci ildə irəli sürdüyü təşəbbüs gənclərin təşkilatlanması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoyaraq belə demişdir: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Bu tarixi hadisədən bir il sonra, 1997-ci ilin fevral ayının 2-də Ulu Öndər tərəfindən imzalanmış Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Həmin vaxtdan etibarən Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilir.
Qeyd edək ki, 1996-cı il 22 iyun tarixində Ümummilli Lider tərəfindən imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” və “Qızıl kitab”a adları yazılmış gənc istedadlara təqdim etmək üçün xüsusi təqaüd təsis edildi.”
Onu da qeyd edək ki, son iyirmi ildə respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində Heydər Əliyev strateji kursunu uğurla davam etdirən Ölkə Prezidenti cənab İlham Əliyevin bu gün qətiyyətlə həyata keçirdiyi dövlət siyasəti Azərbaycan gənclərinin hərtərəfli inkişafını təmin edir. Dövlət səviyyəsində yüksək səmərəliliklə həyata keçirilən və gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirlər möhtərəm Prezidentimizin yürütdüyü bu siyasətin müdrik uzaqgörənliklə gələcəyə dəqiq hesablandığını aydın şəkildə göstərir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti. Dövlət dəstəyi sayəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb, gənc nəslin ölkənin ictimai-siyasi həyatındakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına əlverişli şərait yaranıb. Cənab Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsasında reallaşan Dövlət Proqramları nəticəsində minlərlə Azərbaycan gənci dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Bu gün Azərbaycan qalib dövlət olaraq öz şanlı tarixinin ən şərəfli dövrünü yaşayır. Azərbaycan Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə ilə 30 illik işğala son qoydu. Ötən il keçirilmiş tədbirlər nəticəsində isə, ölkəmiz özünün ərazi bütövlüyünü bərpa etdi və nəhayət bütün ərazilərində suverenliyini tam təmin etdi. Bu böyük Zəfərlərin əldə olunmasında vətənpərvər Azərbaycan gəncliyi müstəsna rol oynadı. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimizin fədakarlığı sayəsində tarixi Qələbə əldə olundu. Bu Qələbədə Azərbaycan gəncliyinin rolunu yüksək dəyərləndirən və xüsusi qeyd edən cənab Prezident İlham Əliyev bununla bağlı deyib: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur. Bizim gənclərimiz hərbi qələbələrimizi şərtləndiriblər.”
Ən əsası, Azərbaycan gəncliyi bundan sonra da hər zaman ölkəmizdə gedən inkişafın aparıcı qüvvəsi kimi çıxış edəcək, öz Prezidentinin ətrafında daha sıx birləşərək xalqımızı daha parlaq gələcəyə doğru aparan yolda daim ön cərgələrdə irəliləyəcək!
Anar Süleymanov,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı üzrə 3 nömrəli “Magistral avtomobil yollarının istismarı” MMC ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

