Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Həyat dəyərlidir, onu narkotikə qurban vermə!

Həyat dəyərlidir, onu narkotikə qurban vermə!

27.02.2024 [13:35]

27 fevral 2024-cü il tarixdə YAP Samux rayon təşkilatında gənclərlə “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzusunda maarifləndirici seminar keçirildi.

Seminarı  giriş sözü ilə açan YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov narkomaniya ilə mübarizənin sağlam cəmiyyətin formalaşması üçün zəruri şərtlərdən olduğunu bildirdi. Qeyd etdi ki, cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır. Bu səbəbdən də Azərbaycanda narkomaniyaya qarşı sistemli mübarizə aparılır.

Seminarda iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının müavini-ictimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirdi. Onun sözlərinə görə, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər.

Seminarda həmçinin Samux rayonu Polis şöbəsinin Narkotilərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili polis kapitanı  Sərxan Sadıqov çıxış edərək narkomaniyanın cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, narkotik vasitələrin fəsadları barədə  geniş məlumat verdi. Narkomaniyanın qarşısının alınması istiqamətində ölkəmizdə, o cümlədən Samux rayonunda görülən işlərdən, həyata keçirilən tədbirlərdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanlarının atdığı barışmaz və qətiyyətli addımlardan söz açdı.

Daha sonra seminarda iştirak edən Samux rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Rasim İmamquliyev, Samux rayonu  Heydər Əliyev Mərkəzinin direktoru Nuranə Həsənova və İnstitut qəsəbə tam orta məktəbi müəlliməsi Xəyalə Namazova çıxış edərək narkotik maddələrin insan sağlamlığı üçün törətdiyi fəsadlardan ətraflı bəhs etdilər. Onlar, gəncləri bu bəladan uzaq olmağa çağırdılar.

Paylaş:
Baxılıb: 567 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31