İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi
29.02.2024 [15:28]
Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə çoxəsrlik tariximizdə bənzəri olmayan Vətən müharibəsi, eləcə də uğurlu antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi tam təmin olundu. Xocalı şəhəri separatçılardan təmizləndi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xocalı şəhərində Azərbaycan Bayrağını ucaltdı.
Dövlət başçısı İlham Əliyev fevralın 26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. İlk dəfə idi ki, Xocalı soyqırımı günü Xocalıda qeyd olundu. Dövlət başçısı İlham Əliyev həmin görüşdə bu məqamın doğurduğu hissləri ictimaiyyət nümayəndələri ilə belə bölüşdü: “Otuz iki ildən sonra siz qayıtmısınız. Otuz iki ildən sonra - o qanlı faciədən sonra biz Azərbaycanın hər bir guşəsində, Qarabağın hər bir yerində sahib kimi, bu Vətənin övladları kimi yaşayırıq, qururuq, bərpa edirik. Azad edilmiş bütün torpaqlarda geniş quruculuq işləri gedir.”
Bəli, bu gün torpaqlarımızın tarixi sahiblərinə qovuşmasından qürurluyuq. Bu ərazilərimiz hazırda quruculuq meydançasını xatırladır. Amma bununla bərabər faciələrimiz, ən əsası dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Lidise, Sonqmi, Ruanda kimi faciələrlə eyni sırada dayanan Xocalı soyqırımı xalqımızın yaddaşından silinməyəcək. Bu faciə zamanı 7 min nəfərdən çox əhalinin yaşadığı şəhər bir gecədə yerlə-yeksan edildi, qadın, uşaq və qoca demədən günahsız insanlar məhz azərbaycanlı olduqlarına görə qətlə yetirildi. Otuz iki ildir ki, xalqımız Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində daşıyır. Bu gün Xocalı şəhidlərinin ruhları şaddır. Xocalı və işğaldan azad olunmuş bütün digər rayonlarımız tam azaddır.
Dövlət başçısı İlham Əliyevin Xocalı rayonu ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, “Xocalıya ədalət!” çağırışımız cavabsız qaldı. 18 ölkə səylərimizin nəticəsi olaraq bu qanlı faciəni soyqırımı kimi tanımışdır. Ancaq bu ölkələrin arasında böyük dövlətlərin adları yoxdur. Beynəlxalq təşkilatlar, onların bir çoxu bu faciəyə biganə qalmışdır.
Cənab İlham Əliyev bu fikirləri ilə diqqəti dünyanın ikili standartlara əsaslanan siyasətinə və onun yaratdığı problemlərə yönəltdi. Əksər dünya gücləri ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verməklə etimadsızlıq mühitinin yaranmasına səbəb oldular. İşğalçı dövlətə dəstək olmaq bu siyasəti müdafiə etmək kimi dəyərləndirilir. Cənab İlham Əliyev hər bir çıxışında bu reallığı diqqətə çatdırır ki, Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi müharibə yaşanmazdı.
Azərbaycan onilliklər ərzində çalışdı ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər. Lakin dünyanın ikili siyasəti ədalətin bərpasına mane oldu. Ölkə Prezidentinin vurğuladığı kimi, ədaləti ancaq özümüz bərpa etməli olduq və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. Müharibə nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edildi. Tarixi Zəfərimizdən üç il sonra isə suverenliyimiz tam bərpa edildi. Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində separatçılar ərazilərimizdən çıxarıldı, suverenliyimiz tam təmin olundu.
Bu gün Xocalı da daxil olmaqla işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Xalqımız Böyük Qayıdış Proqramının uğurlu icrasının sevincini yaşayır. Soydaşlarımızın tamamilə yenidən qurulan, müasir dövrün tələbləri əsasında bərpa edilən torpaqlarımıza, dogma yurd-yuvalarına qayıdışı hər birimizi qürurlandırır. Cənab İlham Əliyev Xocalıya səfəri çərçivəsində Xocalı Soyqırımı Memorialının təməlini qoydu, ictimaiyyət nümayəndələri ilə şəhərdə görülən işlərlə tanış oldu. Xocalı Soyqırımı Memorialının qoyulması faciə ilə bağlı bütün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini verəcək.
Müzəffər Ali Baş Komandanın işğaldan azad edilmiş ərazilərimizə hər bir səfəri tarixi hadisədir. Xalqımız əmin idi ki, torpaqlarımız öz tarixi sahibinə qovuşacaq. Dövlət başçısının qeyd etdiyi kimi, bunun üçün 30 il vaxt lazım oldu. Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün imkan yaratdı.
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

