Biz qisasımızı aldıq
29.02.2024 [15:57]
Dövlət başçısı İlham Əliyevin fevralın 26-da Xocalı soyqırımı günündə bu torpaqda olması, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü və bu məkandan səsləndirdiyi çağırışlar, mesajlar bu gün ölkə mətbuatında geniş müzakirə olunmaqdadır. Biz Xocalı soyqırımını heç vaxt unutmayacağıq. Yenə də deyirəm, biz həm İkinci Qarabağ müharibəsi zamanı, həm antiterror əməliyyatı zamanı qisasımızı cinayətkarlardan aldıq, onları məhv etdik, Ermənistan ordusunu məhv etdik və iki dəfə kapitulyasiyaya imza atmağa məcbur etdik. Biz onlardan fərqli olaraq dinc əhali ilə heç vaxt müharibə aparmamışıq və bunu hər kəs görür və bilir. Həm 2020-ci ildə, həm keçən ilin sentyabr ayında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır və bunu hər kəs bilir və heç kim bizə heç bir irad tuta bilmir. Bu, bir daha xalqımızın böyüklüyünü göstərir” söyləyən cənab İlham Əliyev onu da əlavə etdi ki, halbuki hər birimizin ürəyində qisas hissi var. Hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur. 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu təbiidir, biz insanıq. Ancaq eyni zamanda, böyük xalqın nümayəndələriyik. O xalqın ki, öz gücü ilə o əsarətdən çıxdı. O xalq ki, bir yumruq kimi birləşərək düşmənin belini qırdı. O düşmənin ki, onun arxasında o vaxt və bu gün böyük dövlətlər dayanır. O böyük dövlətlər dayanmasaydı, heç vaxt 1990-cı illərin əvvəllərində torpağımız işğal altına düşməzdi. O vaxt gücsüz idik, onların arxasında böyük qüvvələr dayanmışdır. Bu gün biz güclüyük. Cənab İlham Əliyevin hər bir çıxışında Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti və onun uğurları, həmçinin dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemlər əsaslı şəkildə diqqətə çatdırılır. 44 günlük İkinci Qarabağ müharibəsinin baş verməsini şərtləndirən əsas amillərdən biri məhz dünya güclərinin Ermənistana BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasına, ədalət və beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik etməsinə biganə yanaşmaları, heç bir təzyiqin göstərilməməsi idi. 30 illik işğal dövründə bu dəstəklər Ermənistanın daha böyük iddialarla yaşamasına, yeni ərazilər uğrunda müharibə planları hazırlamasına səbəb oldu. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutmaları bu planlarının nümayişi oldu. Ermənistan Azərbaycan Ordusunun belə əks-hücum əməliyyatı ilə qarşılaşacağını düşünmədi. 44 günlük İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimiz Ermənistana tarix boyu unuda bilməyəcəyi dərsi verdi. Baxmayaraq postmünaqişə dövründə bu dərsi unudub dəfələrlə hərbi təxribatlar törətdilər, amma qarşısı qətiyyətlə alındı. Ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərini şərtləndirən əsas amil də məhz Ermənistanın tarixi Zəfərimizdən ötən müddət ərzində 10 noyabr 2020-ci il tarixli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirmək istəməməsi, hərbi təxribatları davam etdirməsi, həmçinin silahlı birləçmələrini ərazilərimizdən çıxarmaması idi. Həyata keçirilən bir günlük lokal antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Cənab İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, biz onilliklər ərzində, xüsusilə son illərdə çalışırdıq ki, bu qanlı cinayəti törədənlər ədalət qarşısında cavab versinlər: “Ancaq görürdük ki, bu ədaləti ancaq biz özümüz bərpa etməliyik və bunu etdik. İkinci Qarabağ müharibəsi ədalətin təntənəsi idi. İkinci Qarabağ müharibəsi nəticəsində o vaxt işğal altında olan torpaqların böyük hissəsi azad edilmişdir, işğal altında qalan ərazilər beş ay bundan əvvəl azad edilmişdir.” Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Xocalısız ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa olunduğunu hesab edə bilməzdik. Xocalının Azərbaycan xalqının tarixində və şüurunda o qədər böyük yeri var ki, bu faciə qəlbimizdə o qədər böyük yaralar salıb ki, Xocalı azad olunmadan biz sakitləşə bilməzdik.
Bu gün digər ərazilərimiz kimi, Xocalı da azaddır, bərpa olunur, genişmiqyaslı quruculuq işləri həyata keçirilir. 2024-cü ildə xocalılar da dogma yurd-yuvalarına qayıdacaq, bu torpaqda yeni həyat başlaycaq.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

