Dünən Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Daşkəsən rayon şöbəsi bir qrup fəal seçici xanımlarla görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev bildirib ki, daşkəsənli xanım seçicilər keçirilən bütün seçkilərdə hər zaman yüksək fəallıq göstərərək YAP tərəfindən irəli sürülən namizədləri dəstəkləyiblər. Daşkəsənli qadınlar rayonun ictimai-siyasi həyatında daim nümunə olub.
Görüşdə çıxış edən Qızbəs Abbasova, Rəna Aslanova, Mehriban Rüstəmova, Səidə Məmmədova və digərləri daşkəsənli xanım seçicilər adından bir daha bildiriblər ki, “biz Azərbaycanımızı uğurlardan-uğurlara, qələbələrdən-qələbələrə aparan, gələcək xoş günlərimizin təminatçısı cənab İlham Əliyevə səs verəcəyik. Bu, bizim hər birimizin ürəyimizin hökmü, qəlbimizin istəyidir”.