“Yapı Kredi Bank Azərbaycan” QSC 2024-cü ili 12.4 milyon manat mənfəətlə başa vurdu
16.01.2025 [15:44]
Yapı Kredi Bank Azərbaycan 2024-cü il üzrə maliyyə nəticələrini açıqlayıb. Ötən ili uğurla bitirən bankın xalis mənfəəti artaraq 12.4 milyon manat təşkil edib.
Bu il, bank üçün xüsusi əhəmiyyət kəsb edir, çünki Yapı Kredi Bank Azərbaycan bu il 25 illik fəaliyyətini qeyd edir. Yapı Kredi Bank Azərbaycan, 25 illik fəaliyyət dövrü ərzində müştəri məmnuniyyətini ön planda tutaraq, iqtisadi inkişafa dəstək verməyə davam etmişdir. Bank, innovativ xidmətləri və güclü maliyyə göstəriciləri ilə Azərbaycan iqtisadiyyatına verdiyi töhfəni artıraraq gələcəkdə də davamlı inkişafını təmin etməyi hədəfləyir.
Ötən il ilə müqayisədə bankın faiz gəlirləri 31% artaraq 46 milyon manat, qeyri-faiz gəlirləri 11% artaraq 26 milyon manat təşkil edib. Ümumilikdə bankın xalis faiz gəliri 20% artaraq 40 milyon manat olmuşdur.
Bankın istehlak və biznes kreditlərinə olan müştəri marağı maliyyə göstəricilərində özünü göstərmişdir. Belə ki, keçən ilin sonu ilə müqayisədə bankın ümumi kredit portfeli 9% artmış və 318 milyon manat təşkil etmişdir; biznes kreditləri portfeli 188 milyon manat olduğu halda,, müştərilərin ehtiyaclarını nəzərə alaraq təklif edilən istehlak kreditləri portfeli 20% artaraq 82 milyon manat olmuşdur. Daşınmaz əmlak kreditləri 37% artaraq 48 milyon manat təşkil edib.
Depozit portfeli 46% artaraq 535 milyon manat, hüquqi şəxslərin depozitləri 55% artaraq 428 milyon manat, fiziki şəxslərin depozitləri 19% artaraq 107 milyon manat təşkil etmişdir.
2024-cü ilin göstəricilərinə əsasən Yapı Kredi Bank Azərbaycan Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş prudensial normativləri lazımı səviyyədə yerinə yetirmişdir. Belə ki, müvafiq dövrün sonuna bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 17%, məcmu kapitalının adekvatlıq əmsalı isə 21% olmuşdur.
Bankın tutulmalardan sonra məcmu kapitalı 88 milyon manat təşkil edib. Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, minimum məcmu kapital norması 50 milyon manatdır.
Əsas səhmdarları Koç Holding (Türkiyə) olan bank, Azərbaycanda Bakı və Sumqayıt şəhərlərində yerləşən filialları, 7/24 xidmət göstərən Telefon Mərkəzi (*0444) və İnternet/Mobil Bankçılıq məhsulları ilə müştərilərə geniş çeşiddə xidmət verir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06

