/ / “Azercell” və “UiPath” Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
“Azercell” və “UiPath” Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
21.04.2025 [13:18]
Ölkənin lider mobil operatoru “Azercell” rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir. Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur.
Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.
“Azercell”in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün nəzərdə tutulub və gündəlik iş axınında əlavə vaxt, resurs tələb edən, təkrarlanan proseslərin avtomatlaşdırılmasına şərait yaradır. Bu texnologiya müəssisələrə əməliyyat dəqiqliyini artırmaq və məhsuldarlığı yüksəltməklə yanaşı, iş yükünün daha effektiv bölüşdürülməsinə imkan verir. Ətraflı məlumat üçün: https://www.azercell.com/az/corporate/iot/rpa.html
Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və “Azercell”in RPA sahəsindəki birillik təcrübəsi “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova və “UiPath” şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.
“Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq “Azercell” biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır. Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır”, - deyə Zərinə Zeynalova bildirib.
Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib: “Azercell” ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. “Azercell” ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik”.
Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.
Xəbər lenti
Hamısına baxSosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53

