Azərbaycan Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniyada işgüzar səfərdə olub
12.04.2024 [22:10]
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Sloveniyaya işgüzar səfəri baş tutub.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Sloveniya Respublikası Prezidentinin beynəlxalq münasibətlər üzrə müşaviri Zlatko Şabiç, Sloveniya Baş nazirinin Ofisində Beynəlxalq məsələlər üzrə dövlət katibi Voyko Volk, Milli Assambleyanın vitse-prezidenti Daniyel Krivets, Xarici və Avropa İşləri üzrə Nazirliyində siyasi məsələlər üzrə Baş direktor Mateya Norçiç Stamtsar ilə görüşlər keçirilib.
Görüşlər zamanı qarşı tərəf fevralın 7-də Azərbaycanda keçirilmiş seçkilərdə qələbə münasibətilə Prezident İlham Əliyevə bir daha təbriklərini çatdırıb.
Azərbaycan və Sloveniya arasında mövcud ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. 2026-cı ildə ölkələrimiz arasında diplomatik əlaqələrin otuz illik yubileyinin qeyd olunacağına toxunularaq, iqtisadi, enerji sahələri daxil olmaqla bir sıra potensial sahələr üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsinin, siyasi dialoqun gücləndirilməsinin, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb. Bu xüsusda, bu ilin mart ayında Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak məqsədilə Sloveniyanın ətraf mühit, iqlim və energetika nazirinin ölkəmizə səfəri məmnunluqla xatırlanıb.
Əməkdaşlığın parlament ölçüsünə toxunularaq, hər iki parlamentdə mövcud dostluq qrupları arasında təmasların fəallaşdırılmasının və qarşılıqlı səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə töhfə verəcəyi qeyd olunub. Eyni zamanda, çoxtərəfli beynəlxalq parlament platformaları çərçivəsində qarşılıqlı dəstəyin nümayiş olunmasının əhəmiyyətinə toxunulub.
BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi və səlahiyyətlərinin icrasına başlaması münasibətilə Sloveniya tərəfinə təbriklər çatdırılaraq, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
Görüşlər əsnasında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), ölkəmiz ilə Avropa İttifaqı arasında əlaqələr, regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə edilib.
Sloveniya tərəfi COP29-a ev sahibliyi etməsi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdıraraq, hazırda dünyada müşahidə olunan dəyişikliklər səbəbindən iqlim üzrə konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycan tərəfi ilə COP29-a hazırlıq istiqamətində sıx əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.
Səfər çərçivəsində sözügedən tədbirlə bağlı Azərbaycan Prezidenti tərəfindən Sloveniya Prezidentinə ünvanlanmış dəvət məktubu qarşı tərəfə çatdırılıb.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Sloveniya tərəfini Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi üzrə aparılan danışıqların inkişafı və mövcud vəziyyət, sülh prosesinin irəlilədilməsi istiqamətində ölkəmizin səyləri barədə ətraflı məlumatlandırıb. Regionda davamlı sülhün və sabitliyin bərqərar olunması üçün tarixi imkanın yarandığı qeyd olunaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını sübut etmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməli, beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməli olduğu vurğulanıb. Eyni zamanda, Azərbaycan ilə sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, bölgədə militarizmin təşviqi, 2024-cü il 5 aprel tarixli üçtərəfli Brüssel görüşü, Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi regionda ayırıcı xətlərin və nəticə etibarilə gərginliyin yaranmasına səbəb ola biləcək xarici təxribatçı, qeyri-şəffaf, qeyri-inklüziv təşəbbüslər və addımların qəbuledilməzliyi vurğulanmış və bunun regionda davamlı sülhə nail olunmasına heç bir töhfə vermədiyi bildirilib.
Keçirilmiş görüşlər əsnasında, həmçinin xalqlarımız arasında xüsusi bir bağ rolu oynayan və dostluq rəmzi olan Mehdi Hüseynzadənin “Mixaylo” irsinə toxunulub, qəhrəmanın xatirəsinə göstərilən böyük hörmətə, doğma və xoş münasibətə, habelə illik əsasda təşkil olunan tədbirlərdə dövlət səviyyəsində nümayiş etdirilən ehtirama görə Sloveniya tərəfinə dərin təşəkkür ifadə olunub.
Səfər çərçivəsində E.Əmirbəyov Sloveniya televiziya məkanının aparıcı kanalı olan RTVSLO-da (TV Slovenija 1) yayımlan “Dnevik” xəbər verilişinə, eyni zamanda, Sloveniya media bazarının ən nüfuzlu şirkətlərindən biri olna “Delo” nəşrinə müsahibə verib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50

