Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

Xəzər dənizində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək

16.04.2024 [11:38]

Xəzər dənizinin Azərbaycana məxsus hissəsində süni torpaq sahəsinin yaradılması üçün icarə haqqı müəyyən ediləcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Hüquq siyasəti v dövlət quruculuğu komitəsinin aprelin 16-da keçirilən iclasının gündəliyinə daxil edilən “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinə və süni torpaq sahəsinə görə ödənilən icarə haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.

Sənədə görə, süni torpaq sahəsi Xəzər Dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində su fondu torpaqlarından ayrılan torpaq sahəsində (bundan sonra su fondu torpaq sahəsi) ayrıca və ya sahilboyu zolağa, adaya, yaxud digər süni torpaq sahəsinə bitişik formada yaradıla bilər.

Paylaş:
Baxılıb: 495 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31