Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

Ərdoğan təbii fəlakətdən zərər çəkənlərə yardım toplayan azərbaycanlını mükafatlandırıb

23.05.2024 [09:47]

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, 2023-cü ilin fevral ayında baş vermiş dağıdıcı zəlzələdən sonra köhnə avtomobilinə yüklədiyi əşyalarla qardaş ölkəyə köməyə tələsən və fotosu ilə məşhurlaşan azərbaycanlı Sərvər Bəşirliyə “Vəfa Mükafatı”nı təqdim edib.

AZƏRTAC xəbər verir ki, Prezident Köşkündə baş tutan mükafatlandırma mərasimində çıxış edən ölkə başçısı bildirib ki, ədalətsizlik və münaqişələrlə dolu müasir dünya ehtiyacı olan hər kəsə kömək etməyə çalışan insanların hesabına mövcudluğunu davam etdirir.

Qeyd edək ki, Sərvər Bəşirli bu il Türkiyədə “Vəfa Mükafatı”na layiq görülən iki əcnəbidən biri olub. Digər mükafat Qəzza sakini Halid Nabyanda verilib.

Paylaş:
Baxılıb: 427 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30