Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qazaxıstan “Taliban”nı terrorçu təşkilatlar siyahısından çıxarıb

Qazaxıstan “Taliban”nı terrorçu təşkilatlar siyahısından çıxarıb

03.06.2024 [13:48]

Qazaxıstan Əfqanıstanla iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədilə “Taliban” hərəkatını terrorçu təşkilatlar siyahısından çıxarıb.

AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin parlament palatalarının spikerləri ilə görüşündə bildirib.

“Qazaxıstan Əfqanıstanla iqtisadi-ticari əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini və “Taliban” hərəkatının ölkədəki nüfuzunun uzunmüddətli amil olduğunu nəzərə alaraq, onları terrorçular siyahısından çıxarıb”, - deyə Qazaxıstan Prezidenti qeyd edib.

Onun sözlərinə görə, hazırkı mərhələdə strateji vəzifələrdən biri Əfqanıstanın regiondakı əlaqələrə fəal cəlb olunmasıdır. Kasım-Jomart Tokayev, həmçinin Almatı şəhərində BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün dayanıqlı inkişaf məqsədləri üzrə regional mərkəzin yaradılması ilə bağlı təşəbbüsünü dəstəkləməyə çağırıb.

Paylaş:
Baxılıb: 373 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31