Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

Balakəndə minik maşını TIR-la toqquşub, ölən var

21.06.2024 [21:17]

Balakəndə ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, qəza Yevlax – Zaqatala – Gürcüstanla dövlət sərhədi yolunun Katex kəndindən keçən hissəsində qeydə alınıb. 

Balakən sakini, 48 yaşlı Kənan Ağayevin idarə etdiyi “Mercedes” markalı avtomobil Türkiyə vətəndaşı, 32 yaşlı Mustafa Makar Nureddin oğlunun idarə etdiyi iritonnajlı yük maşınına (TIR) çırpılıb.

Nəticədə Kənan Ağayev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Onun meyiti avtomobildə sıxılmış vəziyyətdə qaldığından hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb ediliblər. 

Meyit çıxarılaraq müvafiq qaydada təhvil verilib. 

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 409 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31