Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törətdi

Türkiyədə şiddətli yağışlar ciddi fəsadlar törətdi

08.07.2024 [17:23]

Türkiyənin Qaradəniz bölgəsində şiddətli yağışlar ciddi ziyan və tələfata səbəb olub.

Türkiyə KİV-ləri xəbər verir ki, Samsun, Ordu və Muş şəhərlərində şiddətli yağışlar selə səbəb olub.

Məlumata görə, nəticədə 2 nəfər ölüb, 34 nəfər isə təxliyə edilib. Həmçinin, Bayburt, Ərzurum, Ərzincan, Kars, Ağrı, Ardahan, Van, Bingöl ve Muş rayonlarında sel barədə xəbərdarlıq edilib.

Bundan başqa, şiddətli yağışlar nəticəsində Orduda bir çox məhəllələrdə torpaq sürüşməsi olub, kənd yolları bağlanıb. Samsunda isə yağış Terme və Salipazarı rayonlarında daşqınlara səbəb olub.

Paylaş:
Baxılıb: 461 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31