Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Paris-2024”: Azərbaycan güləşçisi bürünc medal qazanıb

“Paris-2024”: Azərbaycan güləşçisi bürünc medal qazanıb

08.08.2024 [21:31]

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançı qırğızıstanlı Amantur İsmayılovla qarşılaşıb.

Rəqibini 8:0 hesabı ilə məğlub edən H.Cəfərov Olimpiadada 3-cü yeri tutub.

Bu, Azərbaycan güləşçilərinin “Paris-2024” Yay Olimpiya Oyunlarında qazandığı ilk medal olub.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində beş medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) gümüş medala sahib çıxıb. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.

Paylaş:
Baxılıb: 739 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

17-ci səfər...

12 Avqust 13:17

Analitik

Məkkə üçbucağı

12 Avqust 10:25  

Analitik

Sosial

Mavi sərvətin taleyi

12 Avqust 09:05

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31