Rəşad Məcid: “Səsvermə günü Mətbuat Şurasında “Qaynar xətt” fəaliyyət göstərəcək” - MÜSAHİBƏ
15.08.2024 [10:20]
Mətbuat Şurasının sədri Rəşad Məcid “Seçki 2024”Müstəqil Media Mərkəzinin suallarını cavablandırıb:
- Rəşad müəllim, sentyabrın 1-də ölkəmizdə Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçki prosesində, xüsusilə təşviqat dövründə medianın əhəmiyyəti olduqca yüksəkdir. Bu mənada, Azərbaycan mediası seçki dövründəki davranışlarını necə tənzimləməlidir?
Torpaqlarımızın işğaldan azad edilməsindən və suverenliyimizin tam bərpasından sonra ilk dəfə reallaşacaq Milli Məclisə seçkilərin media tərəfindən obyektiv işıqlandırılması zəruridir. Jurnalistlərimizin qanunvericiliyin tələblərinə uyğun davranması demokratik dövlət, hüquqi cəmiyyət quruculuğunun dərinləşməsinə töhfə vermək baxımından son dərəcə vacibdir. Bu mənada media subyektlərinin üzərinə həm seçki prosesi dövründə, həm də səsvermə günü mühüm məsuliyyət düşür. Media subyektləri və jurnalistlər seçki prosesindəki fəaliyyətlərində Mətbuat Şurasının tövsiyələrinə, Mərkəzi Seçki Komissiyasının təlimatlarına, eyni zamanda, həm yerli qanunvericilikdə, həm də beynəlxalq sənədlərdə öz əksini tapmış müddəalara əsaslanmalı və buna uyğun şəkildə davranmalıdırlar. Seçki prosesinin taleyüklülüyü və ciddiliyi nəzərə alınmalı, məsələlərə peşəkar yanaşma sərgilənməlidir.
- Budəfəki parlament seçkiləri həm də bir sıra xüsusiyyətlərinə görə əvvəlki seçkilərdən fərqlənir...
- Bu günlərdə Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin, Audiovizual Şuranın və Mətbuat Şurasının birgə təşkilatçılığı Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar media subyektlərinin nümayəndələri üçün müşavirə təşkil olundu. Həmin tədbirdə mətbuatın seçki dövründə davranışı, təbliğat prosesindəki rolu haqda maraqlı fikirlər səsləndirildi. Mən də öz çıxışımda media subyektlərinin və Mətbuat Şurasının seçki prosesindəki rolu barədə fikirlərimi bölüşdüm. Bəli, bu seçkilər bir sıra məqamları ilə əlamətdardır. Müstəqillik tariximizdə ilk dəfədir ki, parlament seçkiləri Azərbaycanın tam suverenliyi, ərazilərimizin işğaldan azad edilməsi şəraitində baş tutur. İşğaldan azad edilmiş ərazilərdə seçicilərin səsverməsi üçün şərait yaradılıb. Artıq həmin regionlarda onlarla daimi seçki məntəqəsi fəaliyyət göstərir. Lazım olacağı təqdirdə müvəqqəti seçki məntəqələrinin də açılması nəzərdə tutulur. MSK-nın media subyektləri ilə əlaqələrini də qənaətbəxş saymaq olar. Mütəmadi olaraq mətbuat konfransları keçirilir, ictimaiyyətə açıqlamalar verilir. Eyni zamanda, media subyektlərinin nümayəndələri üçün yaddaş kitabçaları hazırlanıb ki, o da yol xəritəsi kimi vacib məsələdir.
- Hazırda seçki prosesinin ən həssas dövrü sayılan təşviqat mərhələsidir. Milli Məclis üzvlüyünə namizədliyi irəli sürülən şəxslərin təşviqat kampaniyasında medianın rolunu necə dəyərləndirərdiniz?
- Bəli, vurğuladığınız kimi, hazırda seçki prosesi həm ən diqqətçəkən, həm də ən həssas mərhələsini - təşviqat kampaniyası dövrünü yaşayır. Maraqlıdır ki, hazırda Milli Məclis üzvlüyünə namizədlərin öz təşviqatlarını daha çox sosial şəbəkələrdə qurması müşahidə edilir. Namizədlər təşviqat kampaniyası ilə bağlı məlumatları daha çox sosial şəbəkələr vasitəsilə yayırlar. Amma çox istərdim ki, həmin namizədlər – onların bir qismi gələcəyin deputatlarıdır - öz təbliğat kampaniyalarını daha çox ödənişli əsaslarla media subyektlərində qursunlar. Bu istiqamətdə inkişaf edəcək əməkdaşlıq gələcəkdə millət vəkili seçilmiş insanlar üçün də ən səmərəli təbliğat vasitələrindən birinə çevriləcək.
- Mətbuat Şurasının həm seçki prosesi dövründə, həm də səsvermə günündə fəaliyyəti haqda nə deyərdiniz?
- Mətbuat Şurası olaraq proseslə əlaqədar iki ənənəvi xətti əsas götürürük. Birincisi, seçki kampaniyası dövrünün diqqətdə saxlanılması, ikincisi isə seçki gününə hesablanmış fəaliyyətdir. Şura birinci istiqamət üzrə ölkənin müntəzəm yayımlanan media subyektlərinin materiallarına diqqət yetirməkdədir, mütəmadi monitorinqlər həyata keçirilir. Bu mənada sosial şəbəkələrə də nəzər salmaq şərtdir. Bəzən görürük ki, ayrı-ayrı sosial şəbəkə profillərində yayımlanmış fikirlər və ya məlumatlar media və jurnalistlər üçün xəbərə çevrilir. Media bu bilgiləri nə dərəcədə dəqiqləşdirir - bu olduqca vacib bir məsələdir. Jurnalistlər “qara piar” aparmamalı, alətə çevrilməməlidirlər. Bilavasitə seçki günü ilə bağlı fəaliyyətə gəldikdə, Səsvermə günü – sentyabrın 1-də Şurada “Qaynar xətt” fəaliyyət göstərəcək. Bu ənənə 2005-ci ildən davam edir. Seçki prosesini işıqlandıracaq jurnalistlər ortaya çıxa biləcək hər hansı bir məsələ ilə bağlı həmin nömrələrlə əlaqə saxlaya biləcəklər. "Qaynar xətt"lə bağlı 3 saatdan bir hesabat verilməsi nəzərdə tutulur və sonda yekun nəticə bildiriləcək. Eyni zamanda, seçki günü Mətbuat Şurası İdarə Heyətinin üzvləri müxtəlif seçki məntəqələrində olurlar, müşahidə aparırlar və buna əsasən də sonda fikir bildirirlər. Ölkəmiz üçün ən əhəmiyyətli tarixi məqam sayılan ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda baş tutacaq Milli Məclisə seçkilər münasibətilə Azərbaycan xalqını təbrik edirəm, seçkilərdə namizəd kimi iştirak edən şəxslərə uğurlar arzulayıram. Arzu edirəm ki, bütün deputatlığa namizədlər təmkinli, etik sərhədləri aşmadan davransınlar və sonda ən layiqli namizədlər parlament üzvü olmaq hüququ əldə etsinlər.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40

