Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb

Dəmir yolunun qadağan olunmuş hissəsindən keçən piyada xəsarət alıb

21.08.2024 [14:08]

Bu gün saat 12:40-da "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus teplovoz Keşlə-Biləcəri sahəsində hərəkətdə olarkən ortayaşlı bir nəfər dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.

Bu barədə səhmdar cəmiyyət xəbər verir.

Məlumata görə, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub: "Hadisə nəticəsində həmin şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb, stansiya əməkdaşları tərəfindən əraziyə dərhal təcili tibbi yardım briqadası çağırılıb".

"ADY bir daha insanları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır",- deyə məlumatda qeyd edilib.

Paylaş:
Baxılıb: 772 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30