Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 103 saylı Şəmkir kənd Seçki Dairəsi üzrə 209 nəfər ilk dəfə səs verəcək

103 saylı Şəmkir kənd Seçki Dairəsi üzrə 209 nəfər ilk dəfə səs verəcək

23.08.2024 [11:09]

103 saylı Şəmkir kənd Seçki Dairəsi üzrə 56 min 23 seçici qeydiyyatdadır. Seçki dairəsinin inzibati ərazisi üzrə 49 açıq tipli seçki məntəqəsi fəaliyyət göstərir. Dairə üzrə 209 nəfər ilk dəfə səs verəcək. Yaşı 100-dən yuxarı isə 2 seçicimiz var”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında 103 saylı Şəmkir kənd Dairə Seçki Komissiyasının sədri Rafiq Məmmədov deyib. O bildirib ki, seçki məntəqələrinin bəziləri veb-kamerelarla təchiz olunub. “Bizim seçki dairəmiz üzrə 8 nəfər imza vərəqəsi götürmüşdü. Onlardan 7-nin namizədliyi qeydə alınıb. Seçkiyə hazırlıq prosesi bütünlüklə qanunvericiliyə və Təqvim Planına əsasən aparılır. Dairə və məntəqə seçki komissiyalarının üzvlərinin iştirakı ilə treninqlər keçirilib. Komissiya üzvlərinə hüquq və vəzifələri, seçki prosesində, səsvermə və səslərin sayılması zamanı seçki qanunvericiliyi əsasında davranışları izah edilib”, - deyən DSK sədri vurğulayıb ki, seçki məntəqələri seçkiyə hazırdır. 

R. Məmmədov qeyd edib ki, seçki dairəsinin inzibati ərazisində olan məntəqə seçki komissiyalarının üzvləri ilə mütəmadi görüşlər keçirilir, seçicilərin rahat səsverməsi üçün lazımi şərait yaradılıb. 

Paylaş:
Baxılıb: 695 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30