Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kürşat Atılqan: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik inkişaf yolunda uzun məsafə qət edib”

Kürşat Atılqan: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik inkişaf yolunda uzun məsafə qət edib”

23.08.2024 [11:11]

“Əminəm ki, Azərbaycan sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərdə növbəti demokratiya nümunəsi sərgiləyəcək”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Türkiyənin Hərbi Hava Qüvvələrinin ehtiyatda olan general-mayoru Kürşat Atılqan deyib.

K.Atılqan qeyd edib ki, Azərbaycanda demokratik ənənələr inkişaf edir: “Azərbaycan müstəqilliyini bərpa edəndən sonra demokratik inkişaf yolunda uzun məsafə qət edib. Bu dövrdə keçirilən bütün seçkilərin beynəlxalq standartlara uyğun baş tutması istiqamətində mühüm işlər görülüb və zəngin seçki təcrübə formalaşıb. Bu təcrübə sentyabrın 1-də keçiriləcək parlament seçkilərinin beynəlxalq standartlara uyğun, şəffaf şəkildə baş tutacağını və demokratiya nümunəsi olacağını deməyə əsas verir”.

Türk general Milli Məclisə seçkilərin azad olunmuş ərazilərdə də keçirilməsini mühüm tarixi hadisə adlandırıb. Çünki bu seçkilərdə azad olunmuş ərazilərə qayıdan insanlar qanunverici orqana təmsilçilərini öz doğma yurdlarında səsvermə hüququndan istifadə etməklə seçəcəklər.

“Bu, seçki hüququnun Azərbaycanın bütün ərazisində təmin edilməsi və azad olunmuş torpaqlara qayıdış prosesinin uğurla davam etdirildiyinin nümunəsidir. Qardaş Azərbaycana uğurlar arzulayırıq”, - K.Atılqan bildirib.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30