Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın hüquq elminin görkəmli nümayəndəsi

Azərbaycanın hüquq elminin görkəmli nümayəndəsi

31.08.2024 [11:03]

Azərbaycanın hüquq elminin tanınmış nümayəndəsi, cinayət hüququ məktəbinin banilərindən biri, görkəmli hüquqşünas-alim İsa Məmmədovun vəfatından 38 il ötür. 

İsa Paşa oğlu Məmmədov 1924-cü ildə Tovuz rayonunun Alakol kəndində əkinçi ailəsində dünyaya gəlib. 1931–1938-ci illərdə Alakol kənd natamam orta məktəbində təhsil alaraq 1941-ci ildə isə Yanıxlı kənd orta məktəbini əla qiymətlərlə başa vurub. Müharibənin ilk illərində kolxoz təsərrüfatında çalışan İ.Məmmədov 1944-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) hüquq fakültəsinə daxil olub, 1949-cu ildə təhsilini əla qiymətlərlə başa vurub. Universitetin bölgü komissiyasının qərarı ilə hüquq fakültəsində müəllim kimi saxlanılıb. 

İsa Məmmədov elm sahəsində axtarışların nəticəsi olaraq 1954-cü ildə hüquq elmləri namizədi elmi dərəcəsini qazanıb. Bundan sonra daha geniş və sanballı elmi tədqiqlərinin davam etdirən gənc alim 1969-cu ildə Tbilisi Dövlət Universitetində“Azərbaycan SSR-də Cinayət hüququnun yaradılması və inkişaf” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. Onun elmi nailiyyətləri və hüquq sahəsində xidmətləri Universitetin rəhbərliyinin diqqətini cəlb edib və İsa Məmmədov 1971-ci ildən isə Cinayət hüququ kafedrasının professoru təyin edilib. 

Azərbaycanda hüquq elminin inkişafında və hüquqşünas kadrların hazırlanmasında professor İsa Məmmədovun böyük xidmətləri vardır. O, Cinayət hüququ sahəsində tədqiqatlara, ixtisaslı hüquqşünas kadrlarının hazırlanmasına, ümumilikdə hüquq elminin inkişafına böyük töhfələr verib, 100-dən çox elmi işin, o cümlədən monoqrafiyaların, dərs vəsaitlərinin müəllifidir. Onun “Dövləti cinayətlər”, “Sosialist mülkiyyəti əleyhinə olan cinayətlər”, “Sovet cinayət hüququ üzrə cinayətdə iştirakçılığın anlayışı”, “Şəxsiyyət əleyhinə olan cinayətlər”, “Azərbaycan SSR Cinayət Məcəlləsinin elmi-praktiki komentariyası”, “İctimai asayişin keşiyində” və digərsanballı kitabları dəyərli elmi vəsaitlər kimi bu gün də tələbələr və tədqiqatçılar tərəfindən maraqla qarşılanmaqdadır.

İsa Məmmədov əsası professor V. P. Qəhrəmanov tərəfindən qoyulan cinayət hüququ üzrə elmi məktəbin nümayəndələrindən biridir. 1978–1986-cı illərdə Cinayət hüququ kafedrasının müdiri işlədiyi dövrdə o, elmi-pedaqoji kadrların hazırlanmasına xüsusi qayğı göstərərək gənc tədqiqatçıların dissertasiya işinə rəhbərlik edib, eyni zamanda həmin dövrdə tədris intizamının möhkəmləndirilməsinə, elmi-tədqiqat işlərinin genişləndirilməsinə, kafedranın texniki bazasının möhkəmləndirilməsinə öz köməyini əsirgəməyib. Kafedranın digər respublikaların qabaqcıl təhsil müəssisələri ilə, o cümlədən Moskva Dövlət Universiteti Cinayət hüququ kafedraları ilə yaxın elmi əlaqələrin qurulmasında onun böyük əməyi vardır. rolu böyük olmuşdur. Yüzlərlə alimin, o cümlədən, kafedranın əməkdaşları T. E. Qarayevin, F. Y. Səməndərovun, R. Ə. Şəmsizadənin monoqrafik xarakterli tədqiqat işlərində professorun elmi məsləhətləri mühüm rol oynayıb. 
İsa Məmmədovun Vyetnam və Yaxın Şərq ölkələri üçün gənc hüquqşünas alimlərin hazırlanmasında da xidmətləri böyükdür. 

İsa Məmmədov hər zaman haqqın-hüququn, ədalətin fəal təbliğatçısı olub, prinsipiallığı, haqsızlıqla, ədalətsizliklə barışmazlığı öz həyat devizinə çevirib. Onun müəllifi olduğu uzun illər Azərbaycan Televeziyasında çoxmilyonlu seyrçinin xüsusi maraq və diqqətlə izlədiyi 1970-ci və 80-ci illərin hüquq və cinayət axtarışları üzrə ən məşhur TV layihələrdən biri - “İnsan və qanun” verilişi cəmiyyətdə böyük rezonans doğurmuşdu. Veriliş cinayət hüququ sahəsində yeni yanaşma, dəst-xətt olmaqla ictimaiyyətin hüquqi şüurunda da əsaslı dönüş yaratdı, əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində əhəmiyyətli rol oynadı. 

Professor İsa Məmmədov 1986-cı il sentyabrın 1-də dünyasını dəyişib.
Böyük alimin formalaşdırdığı elmi məktəbin yüzlərlə davamçısı Onun əziz xatirəsini hər zaman uca saxlayır. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Cinayət hüququ və kriminologiya kafedrasının nəzdində yaradılan Cinayət Hüququ Dərnəyi görkəmli alim-hüquqşünasın elmi irsinin öyrənilməsi və təbliğinə xüsusi diqqət yetirməkdədir. 

Paylaş:
Baxılıb: 506 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

4-cü dəfə...

28 Oktyabr 11:13  

Analitik

Analitik

Analitik

Analitik

Mədəniyyət

Ədəbiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31