MŞ-nın nümayəndəsi: Sağlam informasiya mühiti üçün tənqidi düşüncə və məlumatlılıq vacibdir
11.10.2024 [13:25]
Dezinformasiya təkcə ictimai rəyə təsir göstərməklə qalmır, həm də sosial və siyasi sabitliyi sarsıda, insanların təhlükəsizlik hissini zədələyə bilər. Azərbaycanda dezinformasiya müxtəlif mənbələrdən yayılır. Sosial media platformaları dezinformasiyanın əsas yayılma kanallarıdır. Bu platformalar vasitəsilə fərdlər və ya qruplar yalan məlumatlar yayaraq ictimaiyyətdə çaşqınlıq yarada bilərlər. Ənənəvi media da bəzən təsadüfi və ya məqsədli şəkildə yanlış məlumatları yaymaqda rol oynaya bilər. Xarici təsirlər də ölkəmizdə dezinformasiyanın yayılmasında mühüm rol oynayır. Bəzi hallarda başqa ölkələrdən yayılan dezinformasiyalar Azərbaycan cəmiyyətində gərginlik yaratmağa və ya siyasi proseslərə təsir etməyə çalışır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli oktyabrın 11-də Bakı Biznes Mərkəzində “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda “Dezinformasiya ilə mübarizədə tətbiq edilən mexanizmlər: inzibati və hüquqi modellər” adlı məruzəsi ilə çıxışı zamanı səsləndirib.
M.Ələsgərli qeyd edib ki, internetin və sosial medianın sürətli inkişafı ilə yanlış məlumatların cəmiyyətə təsiri güclənib. Dezinformasiya cəmiyyətə, sosial ədalətə və həqiqətə ciddi zərər vurur. Buna görə də, həm dövlət, həm də media qurumları bu məsələ ilə bağlı səmərəli mexanizmlər tətbiq etməlidirlər. Bu mexanizmlər əsasən iki əsas istiqamətdə – inzibati və hüquqi modellər çərçivəsində həyata keçirilir: “İnzibati modellər vasitəsilə media qurumlarının fəaliyyətinə nəzarət edilərək, onların dezinformasiya yaymasının qarşısı alınır. Bu modellərdə media mənsublarının məsuliyyətliliyi artırılır və ictimaiyyəti məlumatlandırma funksiyasını dürüst və obyektiv şəkildə yerinə yetirmələri tələb olunur. Hüquqi modellər isə dezinformasiya ilə mübarizədə daha ciddi ölçülərin tətbiqini nəzərdə tutur. Bu model çərçivəsində qanunvericilik bazası gücləndirilir, media mənsublarının hüquqi məsuliyyəti artırılır və dezinformasiya yayılması halında cəzalandırıcı tədbirlər həyata keçirilir.
“Azərbaycanda dezinformasiya ciddi bir problem olaraq qalmaqda davam edir, lakin dövlət və vətəndaş cəmiyyəti bu problemlə mübarizə aparmaq üçün müxtəlif tədbirlər görür. Qanunvericilik, texnoloji nəzarət və ictimai maarifləndirmə bu sahədə əsas vasitələrdir. Bütün bu tədbirlər medianın peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, informasiya təhlükəsizliyinin təmin edilməsinə və cəmiyyətin doğru məlumat əldə etmə hüququnun qorunmasına xidmət edir. Cəmiyyətdə sağlam informasiya mühiti yaratmaq üçün təkcə qanuni tədbirlər kifayət deyil, həmçinin vətəndaşların məlumatlı və tənqidi düşüncə tərzi formalaşdırılmalıdır”, - deyə Müşfiq Ələsgərli əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35
İqtisadiyyat
07 İyul 14:30
Dünya
07 İyul 14:10
YAP xəbərləri
07 İyul 13:07
Sosial
07 İyul 13:03
Siyasət
07 İyul 12:52
İqtisadiyyat
07 İyul 12:51

