Siyəzəndə Aqrar Biznes Festivalı keçirilib
21.10.2024 [14:39]
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Siyəzən rayonunda növbəti Aqrar Biznes Festivalı keçirilib. Kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyaların sərgiləndiyi festivalda növbəti toxum sərgi-satış yarmarkası və kredit yarmarkası təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalda ölkədə fəaliyyət göstərən və aqrar sektorun müxtəlif sahələri üzrə ixtisaslaşmış dövlət və özəl bölməni təmsil edən qurum və şirkətlər iştirak ediblər.
Yarmarkada sertifikatlı toxumun üstünlükləri barədə fermerlər üçün maarifləndirmə sessiyaları təşkil olunub.
Fermerlər burada yerli və xarici seleksiyaya məxsus yeni rayonlaşmış müxtəlif bitki sortlarının sertifikatlı toxumları ilə tanış olub və gələcək əkinlər üçün sifarişlərini veriblər.

Siyəzən rayonundakı festivalda toxum sərgi-satışı ilə yanaşı, festivalların ənənəsinə uyğun olaraq kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma metod və texnologiyaları, gübrə, pestisid nümunələri, aqrar sahəyə məxsus digər məhsullar, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun məhsullar sərgilənib. Sərgi bölməsində ənənəvi məhsullarla yanaşı, alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.
Tədbir zamanı aqrar sahənin prioritet istiqamətləri üzrə fermerlər üçün təlimlər təşkil edilib.
Festivalda “Agro Dairy” MMC-nin baş aqronomu Tacəddin Misirzadə tərəfindən “Toxumçuluğun cari vəziyyəti” mövzusunda toxum istehsalçılarına və fermerlərə təlimlər keçirilib, fermerləri maraqlandıran suallar ətraflı cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Həmçinin festival çərçivəsində Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu və tətbiqi” mövzusunda təlim keçirilib.
Fermerlər tərəfindən maraqla qarşılanan festivalda fikir və təcrübə mübadiləsi aparılıb, onları maraqlandıran mövzular üzrə məsləhət və tövsiyələr verilib.
Xəbər lenti
Hamısına baxGündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45
Siyasət
07 İyul 15:35
Xəbər lenti
07 İyul 15:25
Dünya
07 İyul 15:10
Dünya
07 İyul 14:40
Xəbər lenti
07 İyul 14:35

