/ / "Yer Kürəsi Uşaqların Gözü ilə" - IDEA kampaniyasının dəstəyi ilə COP29-a həsr olunmuş Beynəlxalq Foto Müsabiqəsi başlayıb
"Yer Kürəsi Uşaqların Gözü ilə" - IDEA kampaniyasının dəstəyi ilə COP29-a həsr olunmuş Beynəlxalq Foto Müsabiqəsi başlayıb
23.10.2024 [11:38]
“Mən Təbiəti sevirəm, çirklənmədən qorxuram”
Birləşmiş Millətlər Təşkilatının (BMT) 2024-cü il İqlim Dəyişikliyi Konfransına (COP29) həsr olunmuş “Yer Kürəsi Uşaqların Gözü ilə” Beynəlxalq Foto Müsabiqəsi elan edilib. IDEA Kampaniyasının (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq), kampaniya prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilən müsabiqə dünyaca nüfuzlu fotoqraf, “Reza Visual Academy”-nin təsisçisi Reza Deqatinin təşəbbüsü ilə keçirilir.
11 oktyabr 2024-cü il tarixindən 31 oktyabr 2024-cü il tarixinədək dünyanın hər yerindən 18 yaşına qədər uşaq və yeniyetmələr təbiətin gözəllikləri, çirklənmə və iqlim dəyişikliyinin yaratdığı problemlər barədə fərqli baxışlarını bölüşməyə dəvət olunur.
“Mən təbiəti sevirəm, çirklənmədən qorxuram” mövzusu altında keçirilən müsabiqə gəncləri ətraf mühitə sevgilərini və planetimizin gələcəyi ilə bağlı narahatlıqlarını əks etdirən cəlbedici fotoşəkillər çəkməyə təşviq edir.
Qalib gələn fotoşəkillər 2024-cü il Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı (COP29) çərçivəsində noyabrın 11-dən Bakıda Heydər Əliyev Mərkəzində sərgilənəcək. Burada dünya liderləri, ətraf mühit müdafiəçiləri və ictimaiyyət gənc fotoqrafların verdiyi güclü mesajların şahidi olmaq üçün bir araya gələcəklər.
Müsabiqənin tarixçəsi
“Yer Kürəsi Uşaqların Gözü ilə” beynəlxalq foto müsabiqəsinin əvvəlki buraxılışı gənc fotoqrafların bədii istedadlarını və ətraf mühitə dair məlumatlılığını nümayiş etdirərək əhəmiyyətli qlobal diqqət topladı.
Tənqidçilər kritik ekoloji problemlərlə bağlı gənclərin səsini duyurduğu üçün müsabiqəni yüksək qiymətləndirdilər. Müsabiqə fotoqrafiyanın maarifləndirmə və sənətin unikal və effektiv bir formada birləşdirici rolunu göstərdi.
Qlobal Ətraf Mühitin Mühafizəsi Platforması
2024-cü il BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP29) sərgi ilə yekunlaşan müsabiqə gənclərin bədii istedadlarını nümayiş etdirəcək və ətraf mühitin mühafizəsi haqqında dünya miqyasında müzakirələrə təkan verəcək. Bu, gənclərə ətraf mühit üçün mövqe tutmaq və fotoqrafiyanın universal dili ilə dəyişikliklərə ilham vermək məqsədi daşıyır.
“Yer Kürəsi Uşaqların Gözü ilə” yalnız foto müsabiqəsi deyil – o, gələcək nəslin ətraf mühitə dair maarifləndirmə və təbliğatda yol göstərməsi üçün fəaliyyətə çağırışdır. Perspektivlərini bölüşməklə gənclər planetimizi qorumaq və dəyişiklikləri ruhlandırmaq haqqında qlobal dialoqa töhfə verəcəklər.
Biz bütün gənc fotoqrafları iştirak etməyə, öz baxışlarını bölüşməyə və səslərini eşitdirməyə dəvət edirik.
İştirak etmək üçün: www.childreneyes.earth
Fotoqrafiyada təcrübə və bacarıq səviyyəsindən asılı olmayaraq, bütün ölkələrdən 18 yaşa qədər uşaq və yeniyetmələr müsabiqəyə dəvət olunurlar. İştirak etmək üçün iştirakçılar mövzuya uyğun gələn 1-dən 20-dək fotoşəkil təqdim edə bilərlər. Şəkillərinin kontekstini və mövzu ilə əlaqəsini təsvir edən qısa izah təqdim etməlidirlər.
Təqdimatlar https://childreneyes.earth ünvanında olan müsabiqənin rəsmi internet səhifəsi vasitəsilə onlayn olaraq edilə bilər. Əlavə məlumat və təlimatlar saytda mövcuddur.
Müraciət üçün son tarix 31 oktyabr 2024-cü ildir.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

