Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb
11.02.2025 [11:32]
Səhiyyə Nazirliyi işə qəbul prosesini tam elektronlaşdırıb. “İşə Qəbul” alt sistemi səhiyyə müəssisələrində kadr seçim prosesini daha şəffaf, səmərəli və obyektiv həyata keçirmək məqsədilə tətbiq olunub. Sistem vasitəsilə tibb müəssisələrinin vakant yerləri elan edilir və namizədlər uyğun olduqları vəzifələrə müraciət edə bilirlər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Səhiyyə Nazirliyinin Rəqəmsal Səhiyyə Mərkəzinin Treninq və Monitorinq Bölməsinin mütəxəssisi Aqşin Səmədov deyib. Bildirib ki, işə qəbul prosesinin əsas mərhələlərindən biri müsahibədir: “Müsahibə səhiyyə müəssisəsində komissiya üzvləri tərəfindən keçirilir və namizədlərin bilik və bacarıqları müəyyən edilmiş meyarlar üzrə qiymətləndirilir. Bu zaman hər bir namizədə eyni vakansiya üzrə eyni suallar verilir. Namizədin cavabları hər bir meyar üzrə 2 (qeyri-kafi), 3 (kafi), 4 (yaxşı) və ya 5 (əla) balla qiymətləndirilir. Əgər namizəd hər hansı meyar üzrə 2 bal alarsa, müsahibədən uğursuz keçmiş hesab edilir. Bütün meyarlar üzrə topladığı ballar yekun qiymətləndirməyə daxil edilir və nəticə sistemə ötürülür. Müsahibə başa çatdıqdan sonra sistem bütün namizədlərin yekun ballarını avtomatik müqayisə edir və ən yüksək bal toplayan namizədi seçir. Seçim nəticələri namizədlərə sistem üzərindən fərdi qaydada bildirilir”.
A.Səmədovun sözlərinə görə, namizədlər öz təhsil, bilik və bacarıqlarına uyğun olan bir neçə vakant vəzifəyə eyni anda müraciət edə bilərlər: “Bu, səhiyyə sahəsində işləyən kadrlar üçün daha geniş iş imkanları yaradır və müəssisələrə daha çox namizəd arasından seçim etməyə şərait yaradır. Sistem müsahibə vaxtlarının üst-üstə düşməsinin qarşısını alır. Bir namizəd üçün artıq bir tibb müəssisəsində müsahibə vaxtı təyin edildikdə, digər tibb müəssisələri həmin tarixdə eyni namizədi müsahibəyə dəvət edə bilmir. Bu mexanizm həm namizədlər, həm də səhiyyə müəssisələri üçün işə qəbul prosesini daha səmərəli və nizamlı edir”.
“Səhiyyə Nazirliyinin Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) çərçivəsində fəaliyyət göstərən “İşə Qəbul” alt sistemi işə qəbul prosesinin tam elektronlaşdırılmasını təmin edərək bir sıra üstünlüklər yaradır. Belə ki, mərkəzləşdirilmiş sistem - bütün səhiyyə müəssisələrinin vakansiyaları vahid platformada toplanır və namizədlər üçün əlçatan olur. Şəffaf və obyektiv qiymətləndirmə - müsahibə nəticələri sistemdə qeyd olunur və seçim reytinq əsasında aparılır. Avtomatlaşdırılmış uyğunluq yoxlaması - namizədlərin təhsili, iş təcrübəsi və ixtisas göstəriciləri sistem tərəfindən avtomatik filtrasiya edilir. Sənədlərin doğrulanması -namizədlərin diplom, sertifikat və digər sənədləri avtomatik yoxlanılır, bu da saxta sənəd təqdim edilməsinin qarşısını alır. Effektiv idarəetmə - müəssisələr real vaxt rejimində vakansiyalar və müraciət edən namizədlər haqqında məlumat əldə edə bilir. İstifadəçi dostu interfeys - həm işəgötürənlər, həm də namizədlər üçün müraciətlərin statusunu izləmək və bildirişlər almaq imkanı yaradılır. Sistem insan faktorunu minimuma endirərək səhiyyə müəssisələrinin ən uyğun kadrları daha sürətli və səmərəli şəkildə seçməsinə imkan yaradır. Elektronlaşdırılmış işə qəbul mexanizmi səhiyyə sahəsində insan resurslarının idarə edilməsini müasir tələblərə uyğunlaşdıraraq optimallaşdırır”, - deyə Aqşin Səmədov əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25

