Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib
30.04.2025 [20:48]
Aprel ayının 29-da Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin növbəti iclası keçirilib.
İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, müavinlər – millət vəkilləri Eldar İbrahimov və Ağalar Vəliyev, Bayram Yusifov, professor Vahid Novruzov, akademik Abel Məhərrəmov, İdarə Heyətinin üzvləri akademik İsa Həbibbəyli, professorlar Vaqif Şadlinski və Misir Mərdanov, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, ədliyyə general-leytenantı Xanlar Vəliyev, o cümlədən Şuranın Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, məsləhətçi Zahid Abbasov və başqaları iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftolmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev iclas iştirakçılarını salamlayaraq bu günlərdə bütün ölkəmizdə anadan olmasının 102-ci ildönümü böyük ehtiramla qeyd edilən akademik Zərifə Əliyeva haqqında ətraflı çıxış edib. Vurğulayıb ki, Zərifə Əliyeva yalnız görkəmli bir oftalmoloq-alim deyildi – o, həm də zərifliyi, alicənablığı və fədakarlığı ilə seçilən əsl ziyalı, vətəninə, xalqına, ailəsinə bağlı, böyük ürək sahibi bir insan idi. Mühüm elmi yenilikləri ilə yanaşı, yüksək insani keyfiyyətləri ilə də yadda qalan, həmkarlarının, tələbələrinin və bütün cəmiyyətin dərin hörmətini qazanan Zərifə Əliyeva xəstələrinə yalnız şəfqətli həkim kimi deyil, həm də qayğıkeş ana kimi yanaşırdı. Natiq xüsusi olaraq qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin anası Zərifə xanım Əliyeva üçün ailə müqəddəs bir dəyər idi. Zərifə xanım övladlarına vətənə, xalqa xidmət etməyin ən ali yol olduğunu aşılamış və onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynamışdır. Bu gün onun böyütdüyü və tərbiyə etdiyi övlad – möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycanın inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə, xalqımızın rifahına böyük töhfələr verir. “Zərifə xanım Əliyevanın adı bu gün bir çox elm ocaqlarında, təhsil və səhiyyə müəssisələrində, o cümlədən Bakıdakı Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində yaşadılır və gələcək nəsillərə örnək olaraq çatdırılır. Zərifə Əziz qızı Əliyeva kimi şəxsiyyətlərin xatirəsini yaşatmaq, onların irsini gənc nəslə ötürmək hər birimizin borcudur. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq və bizi işıqlı ideallar uğrunda çalışmağa ruhlandıracaqdır,” – deyə Eldar Quliyev vurğulayıb.
Daha sonra öz çıxışında Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyət istiqamətlərindən bəhs edən natiq qeyd edib ki, qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün təşkilatın həyata keçirdiyi vəzifələrdən biri də müxtəlif fəaliyyət sahələrində uzun müddət uğurla çalışmış, cəmiyyətdə nüfuz qazanmış insanlara, dəyərli ağsaqqallara daim diqqət ayırmaqdır. Həmin insanlardan biri də bu günlərdə ömrünün 70-ci ildönümünə qədəm qoyan, ölkəmizin hüquq sisteminin inkişafına əvəzsiz töhfələr verən nüfuzlu şəxsiyyət, alicənab insan, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, ədliyyə general-leytenantı Xanlar Vəliyevdir. Eldar Quliyev bildirib ki, Xanlar müəllim ölkəmizdə hərbi prokurorluq orqanlarının fəaliyyətinin səmərəli təşkil edilməsində, dövlətçiliyimizin, ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunmasında, qanunun aliliyinin təmin edilməsində böyük xidmətləri olan dövlət xadimidir. Onun Ulu Öndər Heydər Əliyevə və Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinə, eləcə də dövlətə və xalqa sədaqətlə xidməti, zəngin həyat və fəaliyyət yolu, hüquq sahəsindəki dərin bilik və təcrübəsi, ədalətin və qanunun aliliyinin təmin olunmasında göstərdiyi əzmkarlıq, gənc hüquqşünasların yetişdirilməsində rolu və nümunəvi şəxsi keyfiyyətləri Azərbaycan cəmiyyəti və dövləti tərəfindən hər zaman yüksək qiymətləndirilmişdir. O, “Azərbaycan Bayrağı”, 1-ci və 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərinə və digər yüksək təltiflərlə layiq görülmüşdür. Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyəti tərəfindən də Xanlar Vəliyevin ölkəmizin prokurorluq orqanlarında dəyərli xidmətlərinə və görkəmli hüquqşünas, nüfuzlu ziyalı, müdrik ağsaqqal olaraq səmərəli fəaliyyəti ilə Vətənimizin tərəqqisinə verdiyi töhfələrə görə və 70 illik yubileyi münasibətilə Azərbaycan Ağsaqqallar Şurasının “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif edilməsi barədə qərar qəbul edildiyini vurğulayaraq, döş nişanını və hədiyyələri yubilyara təqdim edib, ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Digər tədbir iştirakçıları da yubilyarla bağlı səmimi fikirlərini, xoş arzularını bölüşüblər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, ədliyyə general-leytenantı Xanlar Vəliyevi 70 illik yubileyi və “Fəxri Ağsaqqal” döş nişanı ilə təltif olunmağı münasibətilə ürəkdən təbrik edərək, ona ən xoş arzularını çatdırıblar.
Xanlar Vəliyev təbriklərə görə hər kəsə öz təşəkkürünü bildirərək, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyevə və İdarə Heyətinin üzvlərinə öz minnətdarlığını ifadə edib və bundan sonra da fəaliyyət göstərdiyi sahədə Azərbaycanın tərəqqisi naminə əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sonda xatirə şəkli çəkilib.
Xəbər lenti
Hamısına baxİdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31
Maraqlı
24 Oktyabr 21:10
Siyasət
24 Oktyabr 20:59
Sosial
24 Oktyabr 20:50
YAP xəbərləri
24 Oktyabr 20:26
Dünya
24 Oktyabr 20:17

