Varşava Universitetində “Azərbaycan multikulturalizmi”nin tədrisinə başlanılıb
13.10.2025 [14:50]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Azərbaycan multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində Yaponiyanın Hokkaydo, Türkiyənin Erciyes, Bolqarıstanın Kliment Oxridski adına Sofiya və Rumıniyanın Aleksandr İoan Kuza universitetlərində 2025–2026-cı tədris ili üzrə dərslərə yenidən başlanılıb. Fənnin tədrisi Türkiyədə professor Qafar Mehdiyev, Rumıniyada Yassı Universitetindəki Azərbaycan Multikulturalizm Mərkəzinin direktoru professor Lüdmila Bejenaru, Yaponiyada Hokkaydo Universitetində konfliktologiya üzrə fəlsəfə doktoru (PhD), yaponşünas alim və Yaponiya hökumətinin təqaüdçüsü Əlibəy Məmmədov, Bolqarıstanda isə Kliment Oxridski Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şiqayeva tərəfindən aparılır.
Bu tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Polşada “Azərbaycan multikulturalizmi” fənninin tədrisinə başlanılıb. Oktyabrın 3-də Varşava Universitetinin Şərqşünaslıq fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim edilib. Fənni Polşada yaşayan və fəaliyyət göstərən həmyerlimiz, filologiya üzrə fəlsəfə doktoru Şəhla Kazımova tədris edir. İlk dərsdə fakültənin iki professoru və 20 tələbə iştirak edib. Ş.Kazımova dərs zamanı tələbələrə Azərbaycanın multikulturalizm dəyərləri, ölkəmizdə formalaşmış tolerant mühit və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib. O, həmçinin Azərbaycandakı etnik və dini müxtəliflik, müxtəlif xalqların və konfessiya nümayəndələrinin ölkəmizdə dinc yanaşı yaşaması nümunələrindən danışıb.
Qeyd edək ki, Varşava Universiteti “Azərbaycan multikulturalizmi” fənninin tədris olunduğu sayca 27-ci xarici ölkə universitetidir. Tədris prosesi 2025-ci il dekabr ayının sonunadək davam edəcək.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

