Şahmat taxtasından süni intellektə: bir gəncin uğur yolu - MÜSAHİBƏ
22.05.2026 [14:57]
Uğur hekayələri adətən bir maraqla başlayır, amma zamanla böyük bir yol xəritəsinə çevrilir. Bu dəfəki müsahibimiz də məhz belə bir yolun sahibidir. Riyaziyyat və məntiq olimpiadalarında qazandığı uğurlarla seçilən, həmçinin süni intellekt sahəsinə xüsusi maraq göstərən gənc istedad Əzizli Mirmehdi ilə söhbət edirik.
O, məktəb illərindən etibarən müxtəlif beynəlxalq və yerli olimpiadalarda iştirak edərək həm biliklərini, həm də təcrübəsini daim inkişaf etdirib. Şahmatdan başlayan düşüncə tərzi, riyaziyyat yarışlarında formalaşan analitik bacarıqları və süni intellektə olan marağı onun gələcək hədəflərini daha da aydınlaşdırıb.
Bu müsahibədə Mirmehdi bizə uğurlarının arxasında dayanan motivasiyadan, iştirak etdiyi olimpiadalardan qazandığı təcrübələrdən və gələcək planlarından danışır:
- Özünüzü və təhsil aldığınız məktəbi qısa şəkildə təqdim edərdinizmi?
Mən Əzizli Mirmehdi. Nizami rayonunda yerləşən 328 saylı məktəbin 10-cu sinfində təhsil alıram.
- Şahmata marağınız necə yaranıb və bu sahədə qazandığınız uğurlar sizə nə qazandırıb?
Şahmata marağım hələ 4–5 yaşlarımdan formalaşıb. Atam bu oyuna məndə maraq yaratmışdı, evdə böyük qardaşımla tez-tez oynayırdıq. Daha sonra məktəbin şahmat dərnəyinə yazıldım və ardınca Şahmat məktəbində məşqlərə başladım. Müxtəlif yarışlarda və dərəcə turnirlərində iştirak etmişəm və bir neçə medal da qazanmışam. Şahmat mənə daha çox strateji düşünmə və səbir qazandırıb.
- Beynəlxalq olimpiadalarla ilk tanışlığınız necə oldu və GOC həyatınızda hansı rolu oynadı?
Məktəbdə riyaziyyat yarışlarında, RFM, Kenquru və digər müsabiqələrdə iştirak edirdim. Bir gün internetdə beynəlxalq riyaziyyat olimpiadası haqqında məlumat gördüm və bu mənim diqqətimi çox çəkdi. Təşkilatçılarla maraqlanaraq GOC ilə ilk tanışlığım baş verdi. GOC-un mənim həyatımda çox böyük rolu olub. İlk iştirak etdiyim olimpiadada qızıl medal qazandım. Mükafatlandırma mərasimi mənim üçün çox həyəcanlı və unudulmaz idi. O gündən sonra demək olar ki, GOC-un təşkil etdiyi bütün yarışlarda iştirak etmişəm. Bu yarışlar həm bilik, həm də sosial baxımdan çox şey qazandırır.
- İlk qatıldığınız Fermat olimpiadasında qızıl medal qazanmaq sizdə hansı hissləri yaratdı?
İlk beynəlxalq olimpiadamda qızıl medal qazanmaq mənim üçün çox böyük motivasiya oldu. Bu uğur mənə özümə inam verdi və göstərdi ki, daha böyük nəticələr əldə etmək mümkündür.
- Math Challenge olimpiadasında dünya birincisi olmaq üçün necə hazırlaşmışdınız?
Bu olimpiadaya böyük həvəs və əzmlə hazırlaşmışdım. İlk növbədə müəllimlərimə və valideynlərimə təşəkkür edirəm, çünki onlar hər zaman mənə dəstək olublar və mən də onların inamını doğrultmağa çalışmışam. Xüsusilə də İbrahim müəllimə təşəkkür etmək istəyirəm. Onun üzərimdə çox böyük əziyyəti var.
- FİSO, SASMO, AMO və digər olimpiadalarda iştirak etmək sizə hansı təcrübələri qazandırıb?
Bu olimpiadalarda iştirak etmək mənə əsasən özünə inam qazandırıb. Hesab edirəm ki, bu inam ən böyük motivasiyadır. Hər yarış yeni bilik və təcrübə deməkdir.
- AZFO fəlsəfə olimpiadasında qazandığınız uğur düşüncə tərzinizə necə təsir etdi?
AZFO çox fərqli və maraqlı olimpiadadır. Əvvəlcə medal qazanacağımı düşünmürdüm, lakin yazdığım fikirlərin qiymətləndirilməsi mənim üçün gözlənilməz oldu. Bu yarış mənə göstərdi ki, hər kəsin özünəməxsus düşüncə və fəlsəfəsi var. GOC komandasına bu dəyərləndirməyə görə təşəkkür edirəm.
- Süni intellekt sahəsinə marağınız nə vaxt formalaşdı və bu sahədə sizi ən çox nə cəlb edir?
Süni intellektə marağım riyaziyyat və məntiqə olan sevgimdən qaynaqlanır. Müasir dövrdə AI demək olar ki, bütün sahələrdə mühüm rol oynayır. Lütfizadə olimpiadasında qeyri-səlis məntiq mövzusu ilə tanışlığım da bu marağı daha da artırdı.
- Gələcəkdə maliyyə sahəsində çalışmaq istəyirsiniz. Sizcə, süni intellekt maliyyə sektorunda hansı yeniliklər yarada bilər?
Süni intellekt maliyyə sektorunda xidmətlərin daha sürətli və təhlükəsiz olmasına, müştəri xidmətlərinin yaxşılaşdırılmasına böyük töhfə verə bilər. Gələcəkdə bir çox maliyyə proseslərinin AI vasitəsilə idarə olunacağını düşünürəm.
- Qazaxıstanda keçiriləcək Beynəlxalq AI Olimpiadasında ölkəmizi təmsil etmək sizin üçün nə ifadə edir və yarışdan gözləntiləriniz nələrdir?
Qazaxıstanda ölkəmizi təmsil etmək mənim üçün həm böyük məsuliyyət, həm də qürur deməkdir. Komanda yoldaşlarımla birlikdə yaxşı nəticə əldə edəcəyimizə ümid edirəm.
- Bizimlə həmsöhbət olduğunuz üçün təşəkkür edirik.
Sağ olun.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

