Bəhruz Quliyev: Radikal müxalifət sədrləri öz uğursuzluqlarını başqalarında axtarırlar
18.11.2021 [12:21]
“Nəinki Vətəndaş və İnkişaf Partiyasında (VİP), bütövlükdə radikalizm və avtoritar idarəçilik üslubu olan bütün müxalifət partiyalarında narazılıqlar, etirazlar və davamlı istefalar baş verir və bu, ilk növbədə, həmin təşkilatlara uzun illər rəhbərlik edən, yenilənmə və novatorluq əleyhinə olan, özlərini partiyadaşlarına, ictimai rəyə zorən lider kimi sırıyan şəxslərin üzərinə düşən məsuliyyətdir. Yəni uğursuzluqlara səbəb olmalarının əsas baiskarları onların özləridir”. Bu fikirləri “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev VİP-in sədr müavini Əliyar Şirməmmədovun partiyadan ittihamlarla dolu istefasına münasibətini bildirərkən deyib.
Siyasi ekspertin sözlərinə görə, elə istefalar olur ki, onlar yalnız partiyalardakı bir mühüm vəzifədən olur, lakin uzun müddət müxalifətdə olmuş Əliyar Şirməmmədovun yalnız sədr müavinliyindən deyil, həm Siyasi Şuradan, həm də üzvlükdən getməsi artıq belə qənaətə gəlməyə zəmin yaradır ki, VİP-in sədri Əli Əliyevin idarəçiliyi təkcə avtoritarçılıq üzərində deyil, eyni zamanda, diktatorluq üzərində cəmləşib: “Baxın, o deyir ki, VİP-dən istefası ilə bağlı üç ay əvvəlcədən müraciət edib, ancaq bu qədər müddətdə sədr onun istefasına heç bir münasibət bildirməyib. Görünür, Əli Əliyev bütün adamlarını orada zor gücünə saxlayır və əgər o diktatorluqda ittiham edilirsə, demək ki, həmin əməlini müxtəlif şantajları vasitəsi ilə həyata keçirir. Əbəs deyil ki, Əliyar Şirməmmədov vaxtilə ona sədrlik etmiş birini kobud qismində təqdim edir, eləcə də özünə hörmət edərək mədəni halda, səssiz-küysüz istefa verdiyini bildirir. Düşünürəm ki, o, bununla Əli Əliyevin səviyyəsinə enmək istəmədiyinə işarə vurub”.
“Bu gün AXCP-də də, Müsavat Partiyasında da, digər radikal xarakterli siyasi təşkilatlarda eyni vəziyyət hökm sürür”, deyən Bəhruz Quliyev artıq ictimai-siyasi rəyin də bu cür özündənmüştəbeh, başqalarına yuxarıdan-aşağıya baxan, birinin-digərini həzm etməyən qondarma liderlərə münasibətlərinin mənfi olduğunu bildirib: “Halbuki, Azərbaycanda yetkin siyasi baxışları olan konstruktiv mövqeli müxalifət partiyalarının təmsilçiləri də var və onlar partiyadaxili və şəxsi maraqlarına deyil, ümumi dövlətçilik maraqlarına xidmət etməyi üstün tuturlar, rəhbərlik elədikləri təşkilatlarını siyasi biznes ofislərinə çevirmirlər, sağlam tənqidləri ilə seçilirlər, ölkəmiz əleyhinə fəaliyyət göstərən bəlli xarici dairələrin sifarişlərini aldıqları gizli maddi gəlirlər hesabına həyata keçirməyə cəhdlər göstərmirlər. Təəssüf ki, Əli Əliyevin timsalında olan radikal müxalifət partiyalarının sədrləri küçə müxalifətçiliyini də özlərinin əsas siyasi idarəçilik “prinsipləri” kimi təlqin edirlər və bu fakt onların get-gedə ölkəmizin yeniləşən siyasi mühitindən təcrid olunmaları ilə nəticəsini tapır. Belə bir deyim var – öz uğursuzluğunu özündə axtarsan, uğurlu çıxış yolunu tapa bilərsən. Amma göründüyü kimi, onlar öz uğursuzluqlarını özlərində deyil, başqalarında axtarır, başqalarını ittiham etməklə özlərini təmizə çıxarmağa çalışırlar. Bu isə, göründüyü kimi, bax belə bir hadisələrlə, etirazlarla və istefalarla yekunlaşır”.
Xəbər lenti
Hamısına baxElm
11 Oktyabr 15:43
YAP xəbərləri
11 Oktyabr 15:28
Dünya
11 Oktyabr 14:35
Dünya
11 Oktyabr 13:29
Dünya
11 Oktyabr 12:41
Siyasət
11 Oktyabr 12:20
Xəbər lenti
11 Oktyabr 11:43
Sosial
11 Oktyabr 11:41
Dünya
11 Oktyabr 11:19
Dünya
11 Oktyabr 10:32
Dünya
11 Oktyabr 09:17
Dünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05

