Rəşad Mahmudov: Yeni Azərbaycan Partiyasının yaranmasını zamanın çağırışları şərtləndirdi
20.11.2021 [13:29]
“Yeni Azərbaycan Partiyası fəaliyyti dövründə şərəfli bir yol keçib. YAP-ın yaradılması ötən əsrin 90-cı illərinin əvvəllərindəki gərgin ictimai-siyasi şəraitdən qaynaqlanıb. Həmin vaxt cərəyan edən ağrılı-acılı hadisələr respublikada böhranlı şərait yaratmışdı. Mövcud hakimiyyətin yarıtmaz fəaliyyəti ölkəni dərin uçurumla üz-üzə qoymuşdu. Həmin dövrdə bütün diqqət ulu öndər Heydər Əliyevə yönəlmişdi. Xalq Azərbaycanı bu ağır şəraitdən çıxarmağın, müstəqilliyin itirilməsi təhlükəsini aradan qaldırmağın yeganə yolunu dahi şəxsiyyəti hakimiyyətə gətirməkdə görürdü. Məhz YAP-ın yaradılması da bu reallıqdan irəli gəlirdi.
Beləliklə, Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə təcrübəli dövlət xadimi Heydər Əliyevin ətrafında birləşdilər. Çünki hər kəs birmənalı olaraq hesab edirdi ki, Azərbaycanı məhv olmaqdan xilas edə biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Yüz minlərlə vətəndaş məhz ulu öndər Heydər Əliyevin yaradacağı və rəhbərlik edəcəyi yeni siyasi gücdə təmsil olunmağı ürəkdən arzulayırdı. Bu mənada Yeni Azərbaycan Partiyası məhz xalqın və zamanın tələbi, sosial və siyasi sifariş olaraq yarandı.” Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib.
Rəşad Mahmudov deyib: “Ümummilli lider partiya yarandıqdan 6 ay sonra çoxsaylı çağırışları cavabsız qoymayaraq, hakimiyyətə gəldi və az bir müddət ərzində ölkədə siyasi sabitlik təmin edildi, atəşkəsə nail olundu, insanların sosial rifahının gerçəkləşməsi istiqamətində önəmli addımlar atıldı. Ordu quruculuğu prosesinə başlanıldı. “Əsrin müqaviləsi”nin imzalanması isə dahi şəxsiyyətin apardığı müdrik siyasətin ən bariz nümunəsi idi. Bu addımla xalqımızın sosial rifahında böyük dəyişikliklər baş verdi.
Ulu öndər Heydər Əliyevin siyasi yolunu 2003-cü ildən sonra layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin ötən 18 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdi. Bu mənada YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərini, uzaqgörənliyini şərtləndirdi”.
Rəşad Mahmudov daha sonra bildirib ki, YAP-ın böyük insani, təşkilati, ideoloji resursları var. Partiya bu gün öz sıralarında 760 mindən çox insanı birləşdirir. Bu, insanların YAP-a, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin zəngin siyasi irsinə, YAP-ın sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətə münasibətinin, Azərbaycandakı ictimai-siyasi duruma verdikləri yüksək qiymətin bariz göstəricisidir.
Dövlətimizin başçısı YAP-a rəhbərlik etdiyi illərdə respublikamızda, eləcə də regionumuzda bir sıra taleyüklü hadisələr yaşanıb, bu dövrdə ölkəmizdə prezident və parlament seçkiləri uğurla keçirilib. Bütün seçkilərdə xalqımız tərəfindən məhz YAP-ın namizədlərinə yüksək etimad göstərilib.
YAP-ın əldə etdiyi hər bir siyasi qələbə Prezident İlham Əliyevin reallaşdırdığı siyasətlə və bu siyasətə vətəndaşlarımızın münasibətinin yüksək olması ilə bilavasitə əlaqədardır. Bu baxımdan hər bir qələbəmizin kökündə dayanan əsas həqiqət dövlətimizin başçısının şəxsiyyəti, reytinqi, vətəndaşların ölkə rəhbərinə olan böyük etimadı, inamı və respublikamızda həyata keçirilən siyasətin uğurlarıdır.
Ötən illər ərzində Azərbaycanda siyasi, sosial-iqtisadi sahələrdə aparılan islahatlar müsbət göstəricilərlə müşahidə olunub, ictimai-siyasi iqlimin sağlamlaşdırılması yönündə səmərəli tədbirlər gerçəkləşdirilib. Nəhayət, ötən il sentyabrın 27-də erməni faşizminin təxribatına qarşı ordumuzun əks-həmlə əməliyyatı ilə başlanan Vətən müharibəsində qazanılan parlaq qələbə xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılıb.
Son 18 illik tariximiz göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahələrdə inkişafını şərtləndirən genişmiqyaslı islahatlar ardıcılıqla həyata keçirilib. Belə ki, dövlətimizin başçısının müdrik siyasəti ilə bu müddətdə qarşıya qoyulan bütün vəzifələr uğurla icra edilib, dayanıqlı iqtisadi inkişafa nail olunub, Azərbaycan beynəlxalq aləmdə çox böyük nüfuza sahib olan bir ölkəyə çevirilib.
Hazırda istənilən meyar, parametr üzrə heç bir dövlətdən asılı olmayan Azərbaycan iqtisadi sahədə ən qabaqcıl yerlərdə qərarlaşıb. İstər xarici borc, istər iqtisadi artım, istərsə də adambaşına düşən valyuta ehtiyatları baxımından ölkəmiz önəmli uğurlara imza atıb. Azərbaycanda yaşanan sabitlik, sağlam siyasi-iqtisadi iqlim hesabına respublikamıza investisiya axınının daim güclənməsi nəzərə çarpıb. Müstəqillik dövründə Azərbaycana yatırılan 300 milyard dollara yaxın sərmayə hesabına ölkəmiz adambaşına düşən investisiya miqyasına görə regional lider kimi tanınıb.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bu nailiyyətləri öz uğulu siyasəti, öz səyi hesabına əldə edib, əraziləri işğal altında, çox çətin geosiyasi vəziyyətdə olan ölkə kimi qazanıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
Dünya
26 Oktyabr 14:36
Hadisə
26 Oktyabr 13:19
Dünya
26 Oktyabr 12:31
Dünya
26 Oktyabr 11:20
Dünya
26 Oktyabr 10:59
İdman
26 Oktyabr 10:23
Dünya
26 Oktyabr 09:57
Hadisə
25 Oktyabr 23:21
Sosial
25 Oktyabr 22:36
Dünya
25 Oktyabr 21:38
Maraqlı
25 Oktyabr 20:25
YAP xəbərləri
25 Oktyabr 19:48
Elm
25 Oktyabr 18:20
YAP xəbərləri
25 Oktyabr 17:52
Maraqlı
25 Oktyabr 17:15
YAP xəbərləri
25 Oktyabr 16:43
Dünya
25 Oktyabr 16:22
İqtisadiyyat
25 Oktyabr 15:49
Dünya
25 Oktyabr 15:36
Dünya
25 Oktyabr 14:55
Dünya
25 Oktyabr 14:21
YAP xəbərləri
25 Oktyabr 13:45
Dünya
25 Oktyabr 13:19
Gündəm
25 Oktyabr 13:02
Siyasət
25 Oktyabr 12:56
YAP xəbərləri
25 Oktyabr 12:35
Siyasət
25 Oktyabr 12:19
Siyasət
25 Oktyabr 11:45
YAP xəbərləri
25 Oktyabr 11:36
Gündəm
25 Oktyabr 11:30
Siyasət
25 Oktyabr 11:26
Siyasət
25 Oktyabr 11:22
Gündəm
25 Oktyabr 11:07
Siyasət
25 Oktyabr 10:51
İqtisadiyyat
25 Oktyabr 10:27
Ədəbiyyat
25 Oktyabr 09:54
Dünya
25 Oktyabr 09:36
Analitik
25 Oktyabr 09:12
MEDİA
25 Oktyabr 08:49
Dünya
25 Oktyabr 08:29
Ədəbiyyat
25 Oktyabr 08:25
Dünya
25 Oktyabr 08:08
Siyasət
25 Oktyabr 08:02
Gündəm
25 Oktyabr 00:30
YAP xəbərləri
24 Oktyabr 23:47
YAP xəbərləri
24 Oktyabr 23:14
İqtisadiyyat
24 Oktyabr 22:53
YAP xəbərləri
24 Oktyabr 22:35
YAP xəbərləri
24 Oktyabr 22:33
Hadisə
24 Oktyabr 22:28
YAP xəbərləri
24 Oktyabr 22:18
YAP xəbərləri
24 Oktyabr 22:09
Dünya
24 Oktyabr 21:45
YAP xəbərləri
24 Oktyabr 21:31

