/ / Sadiq Qurbanov: Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır
Sadiq Qurbanov: Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır
22.11.2021 [11:48]
“Hər bir xalqın, millətin öz müstəqilliyi və bütövlüyü uğrunda apardığı şərəfli mübarizələr tarixi var. Azərbaycan xalqı da həmişə müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq arzusu ilə yaşamışdır. Dövlətçilik tariximizdə Azərbaycan torpaqlarında yaradılmış Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər kimi dövlətlərin olması və mənəvi atributumuz olan dilimizə sahib çıxmağımız dediklərimizə əyani sübutdur. XX əsr ərzində iki dəfə müasir anlamda beynəlxalq hüquqla tanınan müstəqil dövlət qurmaq imkanı qazandıq. Təəssüf ki, 1918-ci il 28 may tarixində qurulan Azərbaycan Xalq Cumhüriyyəti müxtəlif səbəblərdən cəmi 23 ay yaşaya bildi. Yalnız bundan 70 il sonra öz dövlət müstəqilliyimizi yenidən bərpa etmək imkanı əldə edə bildik. Lakin bu dövr elə bir zamana təsadüf edirdi ki, Azərbaycan beynəlxalq sahədə təklənmiş, Türkiyə istisna olmaqla başqa xarici dövlətlərdən dəstək ala bilmirdi. Hətta informasiya qıtlığı üzündən ABŞ Konqresi təcavüzə məruz qalmış Azərbaycana Ermənistanı guya blokadada saxladığı üçün 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na ədalətsiz 907-ci düzəlişi əlavə etmişdir.” Bu fikirləri MM-in Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.
S.Qurbanov qeyd edib ki, belə bir dövrdə qazanılmış müstəqilliyimizi bir daha itirməmək üçün Azərbaycan xalqının öndə gedən ziyalıları yeganə cıxış yolunu ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışında görürdülər və bu məqsədlə 16 oktyabr 1992-ci il tarixində yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etməsi ücün müraciət etdilər: “24 oktyabrda Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin ziyalıların müraciətinə müsbət cavabından sonra 21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi və Heydər Əliyev partiyanın Sədri seçildi.”
Millət vəkili onu da vurğulayıb ki, Heydər Əliyev şəxsiyyətinin gücü hər kəsə yaxşı bəllidir: “Bu güc xalqın gücü ilə birləşdikdən sonra qarşısıalınmaz bir qüvvəyə çevrildi və dağılmaq üzrə olan bir məmləkət sabitlik və quruculuq dövrünə qədəm qoydu. Bu gün Heydər Əliyev ideyaları və siyasi kursuna daim sədaqətlə xidmət edən 800 mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası təkcə Azərbaycanın yox, bütövlükdə, regionun ən güclü siyasi partiyasıdır.”
“Danılmaz faktdır ki, müasir, müstəqil Azərbaycanın həyatının ən möhtəşəm anlarını, uğurlarını və tarixi qələbələrini məhz partiyamızın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyev və onun layiqli varisi cənab İlham Əliyev yazıb. Ümummilli Liderimiz müstəqil Azərbaycan dövlətini qurdu, onun layiqli davamçısı isə torpaqlarımızı 30 illik işğaldan xilas etdi. Bu gün dünya hərb və diplomatiya cəbhəsində cənab İlham Əliyevin liderliyini, sərkərdəlik nümunəsini əyani surətdə gördü. Cənab İlham Əliyev nəinki Cənubi Qafqaz regionunun Lideri kimi, eyni zamanda, müasir dünyanın taleyində mühüm rol oynayan Liderlərdən biri kimi qəbul olunur. İftixar hissi ilə demək istəyirəm ki, nəinki Yeni Azərbaycan Partiyasının üzvləri, eyni zamanda, bütün xalqımız cənab İlham Əliyevin rəhbərliyi, yüksək səviyyədə yerinə yetirdiyi tarixi sərkərdə missiyası nəticəsində tariximizin ən şərəfli anlarını yaşamasından qürur duyur. Tarix isə öz şərəf səhifəsinə Ali Baş Komandanımızın adını qızıl hərflərlə əbədi həkk etdi”, - deyə Sadiq Qurbanov bildirib.
Xəbər lenti
Hamısına baxİdman
21 Yanvar 23:51
Dünya
21 Yanvar 23:31
Xəbər lenti
21 Yanvar 23:11
İqtisadiyyat
21 Yanvar 22:41
Gündəm
21 Yanvar 22:35
Dünya
21 Yanvar 22:26
Gündəm
21 Yanvar 22:13
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54

