Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb - YENİLƏNİB

İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb - YENİLƏNİB

28.11.2021 [19:19]

Noyabrın 28-də Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin strateji müttəfiqlik xarakteri daşıdığı bir daha qeyd edildi.

Söhbət zamanı İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində aparılan müzakirələrə toxunuldu, ötən dövr ərzində Türkiyənin təşkilata sədrliyi yüksək qiymətləndirildi.

Eyni zamanda, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin postmünaqişə dövründə Cənubi Qafqazda gedən proseslər və mövcud vəziyyət barədə ətraflı fikir mübadiləsi aparıldı.

Prezidentlər, həmçinin enerji və nəqliyyat məsələlərini müzakirə etdilər.

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

Dünya

YAP xəbərləri

Sosial

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31