Zəfər paradı günü dünya Azərbaycanın gücünü gördü
07.12.2021 [17:57]
Müşfiq Cəfərov
Milli Məclisin deputatı
Bildiyimiz kimi, BMT-nin Azərbaycanla bağlı məlum qərarları 28 ildir kağız üzərində qalmışdı. Dünyanın böyük təşkilatları Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, işğal faktını təsdiqləyir, amma işğalı dayandıracaq heç bir fəaliyyətləri yox idi. Nəticə etibarilə 2020-ci ilin sentyabrından etibarən 44 günlük Vətən müharibəsi başladı, dövlətimiz torpaqlarının müdafiəsinə qalxdı və möhtəşəm qələbə çaldıq. Bu sadə qələbə deyil. Azərbaycanın öz haqqını almağının təzahürüdür, dünya faşizminin, terrorizminin üzərindəki qələbəsi oldu. Bu böyük siyasi qələbə, diplomatik qələbə, mənəvi qələbə oldu. Bir əsr davam edən zülmü 44 gündə aradan qaldıra bildik.
2020-ci ilin 10 dekabrında ölkəmizdə keçirilən parad Azərbaycanın tarixində ən əhəmiyyətli səhifə, ən parlaq nümunədir. Bizim xalq bu qələbə paradını uzun illərdir gözləyirdi. Bu, bizim torpaqların azadlığı, ərazi bütövlüyünün bərpasının paradıdır. Bu minlərlə insanın öz ata-baba yurduna qayıdışının, arzularının, xəyallarının gerçəkləşməsidir. Bizi parada gətirən Vətən müharibəsi xalqımızın böyüklüyünü, qürurunu qaytardı, digər ölkələr, dövlətlər içərisində öz torpaqlarını işğaldan azad edə bilən bir xalq, dövlət kimi dünyaya tanıtdı, dövlətimizin nüfuzu daha da artdı. Bu qələbə paradı əsgərlərimizə, şəhidlərimizə, qazilərimizə hörmət rəmzi daşıyır. O biri tərəfdən ordumuzun gücünü göstərir. Əgər bundan sonra kimsə torpağımıza göz dikərsə, məhz bu güclər, bu igidlərlə qarşılaşacaq. Hansı ki, torpağını canı, qanı bahasına azad etdi.
Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı həm də ordumuzun qüdrətini, Ermənistanın necə rəzil günə düşdüyünü bir daha nümayiş etdirdi. Azərbaycanın müstəqil dövlətinin yaranma prosesi, məhz Azadlıq meydanından başlayıb. Biz yüzlərlə şəhidi bu meydandan əbədiyyətə yola salmışdıq. Bu mənada Zəfər paradının, məhz Azadlıq meydanında baş tutması da böyük rəmzi məna daşıyır. Eyni zamanda 44 günlük müharibədə qazandığımız qələbə və möhtəşəm parad Ermənistan üçün böyük tarixi dərs oldu. Zəfər paradı günü dünya Azərbaycanın gücünü gördü.
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25
Gündəm
20 Yanvar 08:16
Gündəm
20 Yanvar 00:24
Dünya
19 Yanvar 23:34
Siyasət
19 Yanvar 23:33
YAP xəbərləri
19 Yanvar 23:15
Sosial
19 Yanvar 22:58
Dünya
19 Yanvar 22:41
Gündəm
19 Yanvar 22:31
YAP xəbərləri
19 Yanvar 22:24
Gündəm
19 Yanvar 21:50
Dünya
19 Yanvar 21:50
YAP xəbərləri
19 Yanvar 21:29
Sosial
19 Yanvar 21:17
İqtisadiyyat
19 Yanvar 20:49
İqtisadiyyat
19 Yanvar 20:36
Gündəm
19 Yanvar 20:28
Gündəm
19 Yanvar 20:27
YAP xəbərləri
19 Yanvar 20:13
İqtisadiyyat
19 Yanvar 19:50
YAP xəbərləri
19 Yanvar 19:32
Gündəm
19 Yanvar 19:25
Dünya
19 Yanvar 19:14
Dünya
19 Yanvar 18:43
YAP xəbərləri
19 Yanvar 18:22
YAP xəbərləri
19 Yanvar 18:16
YAP xəbərləri
19 Yanvar 17:10
YAP xəbərləri
19 Yanvar 17:09
Elm
19 Yanvar 16:56
YAP xəbərləri
19 Yanvar 16:53
Hadisə
19 Yanvar 16:45
YAP xəbərləri
19 Yanvar 16:13
Sosial
19 Yanvar 16:07

