Zəfər paradı tarixi Qələbəmizin nidası oldu
10.12.2021 [17:38]
“44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmiz 30 illik işğal dövrünün reallıqlarının, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin qətiyyətinin, Azərbaycan Ordusunun gücünün, xalqımızın birliyinin təqdimatı oldu. 30 ildə Azərbaycan ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqi, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası tələbini dünyanın ən nüfuzlu təşkilatlarının, o cümlədən BMT-nin tribunasından səsləndirdi. Amma 30 ilə yaxın dövrdə qəbul olunan qətnamələr kağız üzərində saralaraq nə zamansa icra olunacağını gözlədi. Dövət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev daim bu bəyanatla da çıxış edirdi ki, qətnamələrin icrası üçün vahid mexanizm olmalıdır. Bəzi dövlətlər üçün bu qətnamələr bir neçə saat ərzində icra edilir, Azərbaycana gəldikdə isə 25 ildən artıqdır ki, gözləyirik. Münaqişənin həllində sülh danışıqlarına üstünlük verən Azərbaycan 30 ilə yaxın dövrdə Ermənistanın danışıqlara sadəcə imitasiya naminə qatıldığını görür və bu gedişlərin sonunu gözləyirdi. Amma işğalçı Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu prosesin ömürlük olacağını düşünür, hələ bir qədər də irəli gedərək yeni ərazilər uğrunda müharibə planı hazırlayırdı. Artıq bütün bu proseslər arxada qalıb. Azərbaycan Vətən müharibəsində tarixi Qələbəsi ilə həm işğala, həm Ermənistanın yaratdığı miflərə, həm də dünyanın bu məsələdə ikili standartlara əsaslanan siyasətinə son qoydu.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, Azərbaycan İkinci Qarabağ savaşında həm döyüş meydanında, həm də informasiya cəbhəsində üstünlüyünü dünyaya nümayiş etdirdi: “İşğalçı dövlət heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyildi. Ermənistan xarici ianələrdən asılı olan kasıb ölkədir. İşğalçı dövlətin büdcəsinin 70-80 faizi erməni lobbisinin ayırdığı vəsaitlər hesabına formalaşır. Belə bir vəziyyətdə olan dövlətin güclü iqtisadiyyatdan və ordudan danışması heç zaman inandırıcı görünə bilməz. 44 günlük İkinci Qarabağ müharibəsi bu məqama da işıq saldı. Ermənistan silahlı qüvvələrinin məhv edilmiş, yaxud qənimət kimi götürülmüş hərbi texnikasının ümumiləşdirilmiş məbləğini nəzərə alsaq kasıb ölkənin bu qədər vəsaiti haradan aldığı maraq doğurmaya bilməzdi. Ölkə Prezidenti 44 günlük Vətən müharibəsi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də bu suala cavab tapmaq istədi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı Azərbaycana və dünyaya çox yaxşı bəlliddir. Lakin bu suala cavabı məhz onların özlərinin dilindən eşitməklə ikili oyunlara son qoymağın zamanı olduğunu həmin dövlətlərə bir daha çatdırmaq istədik. Xalqımız əmin idi ki, yeganə problemimiz olan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, hər sahədə davamlı uğurları ilə seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək. Ən yüksək tribunalardan səsləndirilən “Bir qarış torpağımız belə düşmənə verilməyəcək”, “Azərbaycan xalqının səbri tükənməz deyil” kimi bəyanatlar işğalçı Ermənistana və ona dəstək olan dövlətlərə ciddi mesaj kimi ünvanlanırdı.”
“Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi artıq yoxdur” söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim hücum əmrini gözləyən Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi.
Vüqar Rəhimzadə qeyd edib ki, Vətən müharibəsində tarixi Zəfərimiz dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının, Zəfər paradı isə tarixi Qələbəmizin nidası oldu. Ötən ilin bu günü, 10 dekabrda keçirilən Zəfər paradı Azərbaycan xalqının yenilməzliyini, məğrurluğunu, tarixinə, torpaqlarına sahib çıxan xalq olduğunu bir daha dünyaya nümayiş etdirdi. Paradda Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin məhv etdiyi, yaxud qənimət kimi götürdüyü hərbi texnikalarının bir qismi də nümayiş olundu.
Zəfər paradı Azərbaycan-Türkiyə dostluğunun sarsılmazlığına da işıq saldı. Belə ki, müharibə başlandığı ilk gündən Azərbaycanın yanında olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradında da dövlət başçısı İlham Əliyevin yanında oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında dövlət başçısı İlham Əliyevin “Bu gün Türkiyə-Azərbaycan tarixində çox əlamətdar, önəmli bir gündür. Bu gün biz birlikdə Zəfər paradını seyr edərkən bir-birimizi təbrik etdik. Bu Zəfər münasibətilə xalqlarımızı təbrik etdik. Bu tarixi Zəfər bizim birliyimizin təcəssümüdür” fikirlərinin davamı olaraq Türkiyə Prezidenti Azərbaycanın Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə dastan yazmaqda davam edəcəyinə əminliyini ifadə etməklə yanaşı, onu da qeyd etmişdir ki, Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, Prezident İlham Əliyevə aiddir: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirib. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında, inşallah, dastan yazmaqda davam edəcək.”
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın son bir ildə gördüyü işlərə diqqəti yönəldərək bildirib ki, Azərbaycan dastan yazmaqda davam edir: “İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışı yaxınlaşır. Dövlət başçısı İlham Əliyevin “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasına uyğun olaraq bütün şəhər və kəndlərimiz müasir dövrün tələblərinə uyğun bərpa olunur. Bu ərazilərdə 3 Beynəlxalq Hava Limanının tikilməsi nəzərdə tutulub və artıq onlardan biri - Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi. Bu tarixi hadisəni də Azərbaycan və Türkiyə Prezidentləri birgə qeyd etdilər. Dövlət başçısı İlham Əliyevin Zəfər yolu kimi dəyərləndirdiyi Füzuli-Şuşa yolu da istifadəyə verildi. Son bir ildə işğaldan azad edilmiş torpaqlarımızda ən mühüm hadisələrin qeyd olunduğu zamanlarda Azərbaycan və Türkiyə Prezidentlərinin bir yerdə olması qürurvericidir.15 iyun Milli Qurtuluş Günündə imzalanaraq dünyaya səs salan Şuşa Bəyannaməsi iki qardaş ölkənin müttəfiqliyinin təqdimatı oldu.”
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, artıq Azərbaycanın həyatında yeni dövrün-işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin ikinci ilini yaşayırıq: “2022-ci ilin dövlət büdəsindən ayırmalarda da bərpa və quruculuq işləri əsas yer tutur. Qürurla qeyd edirik ki, tezliklə bu ərazilərimizdə bərpa işləri başa çatacaq, Azərbaycanın dayanıqlı inkişafı üçün bu torpaqların malik olduqları resurslardan səmərəli istifadə olunacaq. Son bir ilin mühüm addımları sırasında yer alan iqtisadi rayonların yeni bölgüsü ilə bağlı Fərman da dünyaya bir sıra mesajları çatdırdı. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması bir daha Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunun təsdiqi oldu.”
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

