/ / Prezidentin Fərmanı 17-20 min Qarabağ müharibəsi əlilinin 100 minədək ailə üzvlərinin rifahına birbaşa böyük dəstəkdir
Prezidentin Fərmanı 17-20 min Qarabağ müharibəsi əlilinin 100 minədək ailə üzvlərinin rifahına birbaşa böyük dəstəkdir
28.12.2021 [20:56]
“Prezident İlham Əliyevin birinci Qarabağ müharibəsi əlillərinə də birdəfəlik ödəmə verilməsinə dair imzaladığı yeni Fərman dövlət başçısının Qarabağ müharibəsi əlillərinə, onlardan vəfat etmiş şəxslərin ailələrinə xüsusi diqqət və qayğısını göstərir. Fərmanla 1997-ci il avqustun 2-dək olan dövrdə ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq əlilliyi müəyyən olunmuş şəxslərə I dərəcə əlilliyə görə 8 800 manat, II dərəcə əlilliyə görə 6 600 manat, III dərəcə əlilliyə görə 4 400 manat birdəfəlik ödəmə veriləcək. Həmin vəsait nağdsız qaydada həmin şəxslərin bank hesabına köçürüləcək və bu barədə onlara məlumat veriləcək. Bu mənada, Prezident İlham Əliyevin sözügedən Fərmanı aparılan uğurlu sosial islahatların yeni mərhələsi hesab edilməlidir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.
Ramil Vəlibəyov bildirib ki, birdəfəlik ödəmə Qarabağ müharibəsi əlillərinə, təxminən 17-20 min ailəyə, ümumilikdə isə 100 minədək insanın rifahına birbaşa böyük dəstəkdir: “Bu, Qarabağ müharibəsi əlilləri ilə bağlı çox humanist, qayğıkeş və ədalətli bir addımdır. Əlbəttə ki, bu ilk dəstək deyil və bu gün müharibə əlilləri bütün sahələrdə dövlət başçısının xüsusi qayğısı ilə əhatə olunub. Məsələn, onlara müavinət və təqaüdlər verilir ki, bu ödənişlər də təkcə son üç ildə 2,5-3 dəfə artırılıb. Təsadüfi deyil ki, 2021-ci ilin əvvəlində də artımlar olub, bu günlərdə imzalanan Fərmanlarla da əlillərin müavinətləri artırılıb. Eyni zamanda, şəhid ailələri ilə yanaşı, müharibə əlilləri mənzil və fərdi evlərlə təmin olunurlar. Dövlət başçısının xüsusi qayğısı ilə onların mənzillə təminatı proqramı bu il 5 dəfə genişlənib. 2021-2025-ci illərdə daha 11 min, o cümlədən 2021-ci ildə 3 min mənzil və fərdi evin şəhid ailələri və müharibə əlilinə verilməsi nəzərdə tutulub. 2021-ci ildə artıq 2800, ümumən ötən dövrdə 12 min şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib. Bununla yanaşı, 2021-ci ildə 164 avtomobil müharibə əlillərinə verilib, ötən dövrlərdə isə bu rəqəm 7400 olub”.
“İmzalanmış Fərmandan əvvəl Prezident İlham Əliyevin müvafiq qərarları ilə 2019-2020-ci illərdə 1997-ci il avqustun 2-dək Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələri 11 min manat birdəfəlik ödəmə ilə təmin edilmiş, 12,3 minə yaxın şəhidin 18 mindən çox vərəsəsi birdəfəlik ödəmə ilə təmin olunmuşdu” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu dəfə isə 1997-ci il avqustun 2-dək olan dövr üzrə Qarabağ müharibəsi əlilərinə birdəfəlik ödəmə verilir.
Ramil Vəlibəyov diqqətə çatdırıb ki, Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri, qazilər, hərbi ekspertlər, ictimaiyyət nümayəndələri də Prezident İlham Əliyevin Qarabağ müharibəsi əlillərinə qayğıkeş münasibətini təqdir edirlər. Atılan bütün addımları, imzalanan Fərman və sərəncamları müharibə əlillərinə, onların ailələrinə yüksək qayğı kimi dəyərləndirirlər.
Xəbər lenti
Hamısına baxGündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53

