Kirovoqrad vilayəti azərbaycanlılarının radası təsis olunub
18.01.2022 [15:16]
Ukraynanın Kirovoqrad vilayətində yaşayan azərbaycanlıların yeni diaspor təşkilatı təsis olunub. “Kirovoqrad vilayəti Ukrayna azərbaycanlıları Radası”nın təqdimat mərasimində şəhər rəsmləri, Ukrayna Azərbaycanlıları Radasının rəbərliyi, digər vilayətlərdə fəaliyyət göstərən diaspor fəalları, mətbuat nümayəndələri, burada təhsil alan gənclər və digər qonaqlar iştirak edib.
Ukrayna və Azərbaycanın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmədovun bildirib ki, diaspor təşkilatları iki ölkə arasında siyasi və mədəni körpü rolunu oynayır. Onlar məskunlaşdıqları ölkədə öz tarixi vətənlərinin, tarixi vətənlərində isə yaşadıqları ölkənin de-fakto mədəniyyət təmsilçiləridir. Baş katib bu şərəfli və məsuliyyətli işdə bütün vətənpərvər soydaşlara uğurlar arzulayıb.
Ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin inkişafına diqqət çəkən Ukrayna Azərbaycanlıları Radasının həmsədri Oleq Krapivin Azərbaycan Respublikası prezidenti, müzəffər Ali baş komandan İlham Əliyev cənablarının Ukrayna səfərinin əhəmiyyətindən danışıb. “Ölkə başçılarının imzaladıqları mühüm sənədlər strateji əməkdaşlığımızın daha da möhkəmlənmə xidmət edir” deyən UAR həmsədri dövlətlərarası münasibətlərin inkişafına paralel olaraq vilayətlərdə olan diasopr fəaliyyətinin də canlandırılmasının vacibliyini vurğulayıb.
Daha sonra UAR Baş katibi Ceyhun Məmmədov Azərbaycan Respublikasının Ukraynada fövqəladə və səlahiyyətli səfiri, Azərbaycanın xalq yazıçısı Elmira Axundovanın tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.
Təqdimetmə mərasimində çıxış edən Kirovoqrad vilayəti dövlət administrasiyası rəhbərinin müavini Andriy Lisota azərbaycanlıların ölkənin ictimai-siyasi həyatındakı aktiv fəaliyyətinə yüksək qiymət verdiklərini bildirib.
Daha sonra çıxış edən, Ukraynanın 8-ci çağırış xalq deputatı Qorbunov Aleksandr, Kirovohrad vilayətinin Hərbi Komissarı Kuçer Yaroslav, UKO-nın Kirovohrad regional dəstəsinin komandiri Kozub İqor, KMTU-nun İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Volodymyr Zaichenko, MAU-nun Uçuş Akademiyasının rəhbəri, polkovnik Dresnal Artur, Poltava vilayəti Azərbaycanlıları Radasının sədri Fizuli Qəmbərov, Xerson vilayəti diaspor sədri Elman Ağayev, ictimai fəal Aydın Əhmədov və digərləri yeni təsis olunan təşkikata və rəhbəri Yusif Məmmədova uğurlar arzulayıb.
Şəhər və vilayət rəsmlərinə, UAR rəhbərliyinə və həmtısisçisi Oleq Krapivinə, gələn qonaqlara və bütün iştirakçılara təşəkkür edən Kirovoqrad vilayəti Ukrayna azərbaycanlıları Radasının rəhbəri Yusif Məmmədov bütün vətənpərvər qüvvələrlə birlikdə Azərbaycan naminə çalışmağa davam edəcəklərini bildirib.
Çıxışlardan sonra UAR həmtəsisçisi Oleq Kravipin Kirovohrad vilayəti dövlət administrasiyasının rəhbəri Çorna Mariyanı, Kirovohrad vilayət şurasının sədri Sergey Şulqanı, Kropivnitski Şəhər Şurasının sədri Andrey Raykoviçi, Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Kirovoqrad vilayəti üzrə Baş İdarəsinin rəisi Myronyuk Vitalini, Kirovohrad Vilayət Prokurorluğunun prokuroru İsa Tanrıverdiyevi, Ukrayna Milli Polisinin Strateji Təhqiqatlar Departamentinin Kirovoqrad vilayəti üzrə Strateji Araşdırmalar İdarəsinin rəis müavini, polis mayoru Zakir Bayramovu və Kirovoqrad rayonu Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə ağır işlər üzrə böyük əməliyyat müvəkkili, polis mayoru Abdullayev Sevindiyi fəxri fərman və hədiyyələrlə təltif edib.
Xəbər lenti
Hamısına baxDünya
06 İyul 22:38
Dünya
06 İyul 22:10
Dünya
06 İyul 21:45
Dünya
06 İyul 21:18
Dünya
06 İyul 20:56
Dünya
06 İyul 19:53
YAP xəbərləri
06 İyul 19:27
Dünya
06 İyul 19:25
Dünya
06 İyul 19:20
Siyasət
06 İyul 18:27
Dünya
06 İyul 17:28
Maraqlı
06 İyul 16:42
Sosial
06 İyul 16:08
Dünya
06 İyul 15:59
Maraqlı
06 İyul 15:35
Dünya
06 İyul 14:45
Sosial
06 İyul 14:41
Siyasət
06 İyul 14:24
Sosial
06 İyul 14:23
Dünya
06 İyul 14:22
İqtisadiyyat
06 İyul 14:20
Elm
06 İyul 14:10
Dünya
06 İyul 13:58
Dünya
06 İyul 13:30
YAP xəbərləri
06 İyul 13:04
YAP xəbərləri
06 İyul 13:00
YAP xəbərləri
06 İyul 12:55
YAP xəbərləri
06 İyul 12:53
Elanlar
06 İyul 12:50
Dünya
06 İyul 12:25
İdman
06 İyul 12:08
Dünya
06 İyul 11:53
Dünya
06 İyul 11:19
İqtisadiyyat
06 İyul 11:09
Gündəm
06 İyul 11:07
İdman
06 İyul 10:47
İqtisadiyyat
06 İyul 10:38
Dünya
06 İyul 10:32
İdman
06 İyul 09:45
Sosial
06 İyul 09:17
Hadisə
06 İyul 08:50
Dünya
06 İyul 08:31
Sosial
06 İyul 07:32
Dünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35

