Orfoqrafiya lüğətlərinin bəxti niyə gətirmir?
21.01.2022 [23:23]
Lüğət yenidən nəşr olunacaq
Nicat DİLQƏMLİ
“Azərbaycan dilinin Orfoqrafiya Lüğəti bu il yenidən nəşr olunacaq”.
Bunu KİV-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, təkmilləşdirilmiş formada yeni lüğətin 2022-ci il ərzində çap olunması nəzərdə tutulub: “Bu il Azərbaycan dilinin yeni Orfoqrafiya Lüğətinin təkmilləşdirilmiş formada ikinci nəşrinin çap olunması nəzərdə tutulub və bu, elm və nəşriyyatın planına daxil edilib. Yəni lüğəti bu il təkrar nəşr edəcəyik, çünki buna tələbat da böyükdür. Artıq bütün sözləri bir daha diqqətlə oxumaq və digər məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib. Dilçilik İnstitutuna da bununla bağlı tapşırıq və göstərişlər verilib. Yeni lüğətdə bu və ya digər nöqsanlar varsa, hamısı aradan qaldırılacaq”.
Qeyd edək ki, Azərbaycan dilinin son Orfoqrafiya Lüğətinə “hörümçək” sözü salınmaması ictimaiyyət arasında etirazla qarşılanıb. Dilçilik İnstitutu və digər məsul şəxslər isə həmin sözün lüğətdə yer almamasını sırf texniki qüsur kimi dəyərləndirirlər.
Mövzu ilə bağlı “Yeni Azərbaycan”a danışan professor Qulu Məhərrəmli bildirib ki, son illərdə çap olunan Orfoqrafiya lüğətlərinin bəxti gətirmir: “Müəyyən səhlənkarlıqlar, problemlər olur. Ümumiyyətlə, bu iş çox çətin bir işdir. Buna görə Dilçilik İnstitutunun fəaliyyətini qiymətləndirmək lazımdır. Amma nəzərə alsaq ki, orfoqrafiya lüğətləri dilimizin konstitusiyasıdır, bu işdə hər birimiz çox məsuliyyətli olmalıyıq. Orfoqrafiya lüğətlərinin tərtib edilməsinin konkret prinsipləri, qaydaları var. Əsas prinsip sözlərin işləkliyidir. Amma bizdə lüğətə çoxlu törəmə sözlər salırlar, belə olmaz. Tutaq ki, “beşmərtəbə, üçmərtəbə... binalar” deyirik. Bunun ardınca “yeddimərtəbə, səkkizmərtəbə...” yazmağa ehtiyac yoxdur. Bir-iki nümunə yazırıq ki, məsələn, “yeddimərtəbə” bitişik yazılır. Eləcə də alınma sözlər. Dəqiq prinsiplər olmalıdır. Qayda belədir ki, biz sözün o dildə səslənişini əsas götürüb o səslərin qrafik işarəsini veririk. Məsələn, 10 ingilisdən 8-i “votsap” deyir, yəni “o” ilə. Deməli, biz “votsap” yazmalıyıq. Amma lüğətə “vatsap” kimi qeyd olunub, bu, yanlışdır”.
“Mənə elə gəlir, bunu bir neçə nəfərin öhdəsinə buraxmaq olmaz. Arzu edərdim ki, müxtəlif qurum və təşkilatlar, dilçilər, jurnalistlər bu işdə aktiv iştirak eləsinlər.
Təəssüf ki, tərtibat zamanı hərf-hərf bölüb verirlər və belə olduqda bir hərfi işləyənin digərindən məlumatı olmur. Ona görə də redaktorlar, rəyçilər sonda bir yerə gələndə çox diqqətlə yoxlamalıdırlar. Çünki kiçik bir nöqsan bir neçə alimin əməyini yerə vurmaq deməkdir. Biz alimlərimizə hörmətlə yanaşmalıyıq. Amma ən önəmli iş lüğəti düzgün tərtib edib xalqımıza çatdırmaqdır”, - deyə Q.Məhərrəmli fikirlərinə əlavə edib.
Xatırladaq ki, “Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti” 5 ildən bir hazırlanır. Lüğət sonuncu dəfə ötən il çap olunmuşdu.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17

