Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər

Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər

25.01.2022 [12:58]

Azərbaycan və İran sərhəd-keçid rejimini sadələşdirə bilər.

Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi deyib.

"Hesab edirəm ki, yeni sənaye zonaları və parklarının yaradılması, ticarət potensialının artırılması imzalanacaq sənəddə öz əksini tapacaq. Münasibətlər hər iki ölkənin maraqları nəzərə alınmaqla inkişaf etdiriləcək. Bundan başqa ölkələrimiz arasında sərhəd-keçid rejiminin sadələşdirilməsi məsələsi nəzərdən keçirilir. Nəqliyyat sahəsində əməkdaşlığın inkişafı üçün yaxşı potensial var", - deyə nazir bildirib.

O əmin olduğunu bildirib ki, Azərbaycanla İran arasında əməkdaşlıq artan xətlə inkişaf edəcək:

"Biz Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin şahidi olmuşuq. Bugünkü səfər gələcəkdə müvafiq əməkdaşlıq sənədlərinin imzalanması üçün təməl yaradıb. Ölkələrimiz arasında mövcud tranzit potensialı inkişaf etdirilir və Astarada inşa olunacaq avtomobil körpüsü bu potensialı daha da genişləndirəcək", - nazir deyib.

Paylaş:
Baxılıb: 1176 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30