ASAN könüllüləri növbəti ekoloji aksiyanı icra edəcəklər
15.02.2022 [18:45]
Plastik tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması məqsədilə "Coca-Cola" şirkətinin qlobal “Tullantısız Dünya” proqramı çərçivəsində regionlarda plastik tullantıların çeşidlənməsi, toplanması və əhalinin bu istiqamətdə məlumatlılığının artırılması məqsədilə müxtəlif layihələr icra olunacaq.
Sözügedən fəaliyyətlər "Coca-Cola" Fondunun dəstəyi, “ASAN Könüllüləri” Təşkilatının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və yerli icra hakimiyyətlərinin əməkdaşlığı ilə 2022-ci il ərzində Şamaxı, Gəncə, Şəki, Mingəçevir, Qəbələ və Quba şəhərlərində təşkil ediləcək.
Gələcəkdə digər regionlarda da icrası nəzərdə tutulan bu fəaliyyətlər çərçivəsində ekoloji rəy sorğuları da keçiriləcək. Layihə üzrə sorğunun aparılmasında məqsəd əhali arasında təkrar emala və tullantıların çeşidlənməsinə münasibəti öyrənmək, eləcə də onların çeşidləmə ilə bağlı təkliflərini toplamaq və bu dinamikanı ilbəil izləməkdir. Toplanmış və emal edilmiş sorğu nəticələri əsasında aidiyyəti qurumlarla birlikdə effektiv mexanizmlər hazırlanacaq.
Müxtəlif əhali qrupları və ictimai-iaşə müəssisələri arasında maarifləndirmə işləri ilə yanaşı məktəblilər üçün də xüsusi proqamlar təşkil ediləcək, şagirdlərin bu istiqamətdə məlumatlılığının artırılması üçün qabaqcıl maarifləndirmə təcrübələrindən istifadə olunacaq.
Eyni zamanda proqram çərçivəsində ölkəmizdə ilk dəfə tullantıların təkrar emalı üzrə innovativ təşəbbüslərin aşkarlanması və dəstəklənməsi üçün "Risayklaton" (Recyclathon) da keçiriləcək. Ekoloji müsabiqənin qaliblərinə ideyalarının reallaşdırılması üçün müxtəlif imkanlar yaradılacaq.
“Tullantısız Dünya” 2018-ci ildən etibarən "Coca-Cola"nın plastik böhranın həllində öz məsuliyyətini əks etdirən genişmiqyaslı ekoloji proqramıdır. Şirkət 2030-cu ilə qədər bütün dünyada satdığı hər bir plastik və şüşə qablaşdırmada olan sərinləşdirici içki üçün, harada istehsal edilməsindən asılı olmayaraq, bir o qədər plastik və şüşə qablaşdırma tullantılarını toplayıb, təkrar emala göndərəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

