“İngilis kraliçası” Ermənistanın yeni prezidenti seçilib
04.03.2022 [10:17]
N.BAYRAMLI
Martın 3-də Ermənistan parlamentində keçirilən prezident seçkilərinin ikinci turunda Vaaqn Xaçatryan bu ölkənin yeni prezidenti seçilib. Onun namizədliyinin lehinə 71 deputat səs verib. İkinci turda prezidenti seçmək üçün 65 səs tələb olunurdu. Səsvermədə hakim “Mülki müqavilə” fraksiyasının nümayəndələri iştirak ediblər. Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları isə öz namizədlərini irəli sürməyib və seçkini boykot ediblər.
Məlumdur ki, İkinci Qarabağ müharibəsinin nəticələri Ermənistan cəmiyyəti üçün sarsıdıcı oldu. Bu səbəbdən də, Ermənistanda daxili böhran hələ də davam edir. Armen Sarkisyanın prezident vəzifəsindən istefa verməsi də bu böhranın dərinləşməsindən xəbər verirdi. Əgər A.Sarkisyan Türkiyə və Azərbaycana münasibətdə o qədər də loyal deyildisə, yeni prezident Xaçatryan onun tam əksi kimi xarakterizə edilir. V.Xaçatryan həmişə vəzifələrdə olub. Ermənistanda hansı siyasi proseslərin, hakimiyyət dəyişikliklərinin baş verməsinə baxmayaraq, Xaçatryan vəzifədə qalmağı bacarıb. Bu səbəbdən də, Ermənistan müxalifəti onu “İngilis kraliçası” adlandırır. Çünki Xaçatryan zamanı, şəraiti özü üçün düzgün qiymətləndirməyi bacarıb, hər kəslə dil tapıb və daxili mübarizələrdən qalib çıxıb. O, separatizm başlayanda Qarabağ klanına qoşulmayıb, Levon Ter-Petrosyanın yanında çalışıb. Xaçatryan Paşinyanın komandasına qoşulmazdan öncə deputat və siyasi analitik kimi fəaliyyətini davam etdirib. Ermənistanda ekspertlər hesab edirlər ki, V.Xaçatryan böyük ehtimalla bu vəzifədə sadəcə əvəzedici olacaq. Belə ki, hökumət artıq konstitusiya dəyişiklikləri üzərində işləyir. Konstitusiya dəyişiklikləri layihəsini hazırlayan şuraya ölkənin idarəetmə modelinin dəyişdirilməsi, parlament idarəetmə formasından prezident və ya yarı-prezident idarəetmə formasına keçidini təşkil etmək tapşırılıb. Bu o deməkdir ki, Ermənistan prezidenti seçilən Xaçatryan bu kürsüdə müvəqqəti oturacaq. Yəni konstitusiya dəyişikliklərindən sonra Ermənistan prezident və ya yarı-prezident idarəetmə modelinə keçəcək və prezident postunu Nikol Paşinyan tutacaq.
Ermənistan və Azərbaycanın dinc, yanaşı yaşaması ideyasını dəstəkləyən Xaçatryanın erməni cəmiyyətində imici müsbətdir. Ən azı, o, heç vaxt revanşist çağırışlar etməyib, qonşu xalqların irqi və mədəni uyğunsuzluğundan danışmayıb. Eyni zamanda, baş nazirin komandasının üzvü olmasına baxmayaraq, özünü Paşinyanın tərəfdarı kimi qələmə verməyib. Bu gün Xaçatryan Ermənistan siyasətinə təsir göstərə bilmir, çünki o, heç vaxt onun siyasətində iştirak etməyib, yalnız bu və ya digər vəzifədə çalışıb. Onun ermənilərin yaddaşında qalacaq heç bir ciddi təşəbbüsü olmayıb. Təbii ki, Xaçatryan Ermənistanda konstruktiv təşəbbüslərə dəstək verə bilər, lakin bu, çətin ki, Paşinyanın müəyyənləşdirdiyi siyasətin sərhədlərini aşsın. Bundan sonra Ermənistanın yeni prezidentinə N.Paşinyanın partiyası nəzarət edəcək, V.Xaçatryan isə Nikolun atdığı addımlara mane olmayacaq. Onun kifayət qədər praqmatik baxışlara malik şəxs olduğu da bildirilir. Ola bilsin ki, bu, Ermənistan, Azərbaycan və Türkiyə arasında üçtərəfli münasibətlərin nizamlanmasına müsbət təsir göstərəcək. Çünki praqmatik siyasətçilər anlayırlar ki, Ermənistanın üzləşdiyi dərin böhrandan çıxış yolu Azərbaycan və Türkiyə ilə normal əməkdaşlıqdan keçir.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 12:05
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55

