Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident Şərqi Zəngəzurla bağlı Azərbaycanla İran arasında imzalanan memorandumu təsdiqləyib

Prezident Şərqi Zəngəzurla bağlı Azərbaycanla İran arasında imzalanan memorandumu təsdiqləyib

05.04.2022 [15:21]

Azərbaycan Hökuməti ilə İran Hökuməti arasında İranın ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Fərmana əsasən, 2022-ci il martın 11-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında İran İslam Respublikasının ərazisindən keçməklə Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu” təsdiq olunub.

Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinə onun müddəalarının həyata keçirilməsi üçün tədbirlər görmək tapşırılıb.

Xarici İşlər Nazirliyinə isə tapşırılıb ki, Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran Hökumətinə bildiriş göndərsin.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31