"Davamçı Gənclərin Birinci Forumu" baş tutub
11.04.2022 [17:47]
11 aprel tarixində Nizami Kino Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Davam” Gənclər Hərəkatının təşkilatçılığı ilə “Davamçı Gənclərin Birinci Forumu” həyata keçirilib. Forum Hərəkatın ölkə gənclər siyasətində oynadığı rol, görülən işlər, hədəf və perspektivlərə həsr olunub. Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər Siyasəti və İdman məsələləri şöbəsinin gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Gənclər və İdman komitəsinin sədr müavini Şahin İsmayılov, ali təhsil müəssisələrinin rektorları, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, Hərəkatın katibliyi, ictimai xadimlər, gənc iş adamları, gənclər təşkilatları və media nümayəndələri, o cümlədən 200-dən çox gənc iştirak edib.
Forumun əvvəlində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Forumun gedişatına əsasən baş tutan çıxışlardan sonra ötən iki il ərzində "Davam" Gənclər Hərəkatınının fəaliyyətinə daimi dəstək göstərən ali təhsil müəssisələri, özəl şirkətlər və şəxslərin təltifolunma mərasimi keçirilib. Belə ki, Azərbaycan Dillər Universitetinin rektoru, Birinci dərəcəli dövlət müşaviri, akademik Kamal Abdulla, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, Bakı Ali Neft Məktəbinin rektoru, dosent Elmar Qasımov və o cümlədən "Badamlı Mineral Sular", "Az-Granata", "İl-Azero" şirkətləri təşəkkür plaketi ilə təltif olunub. O cümlədən Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov 2020-2021-ci illər ərzində “Davam” Gənclər Hərəkatının fəaliyyətinə göstərdiyi xüsusi dəstəyə görə Hərəkatın təsis etdiyi və ildə bir dəfə yalnız bir nəfərin təltif olunduğu “Davamçı” Milli Mükafatına layiq görülüb.
Rəsmi hissənin yekunu olaraq “Davam” Gənclər Hərəkatının 2020-2021-ci illər üzrə fəaliyyətinin maraqlı anlarını özündə əks etdirən videoçarx və “Davam” adlı klip nümayiş olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

