Övladlarınızı “ağ ölüm”ün caynağından qoruyun!
15.04.2022 [10:17]
Mikayıl
Uşaqlar narkotik biznesinin ən müdafiəsiz hədəfləridir. Ailələrdə yaranan psixoloji çətinliklər və valideyn nəzarətsizliyi ucbatından uşaqlar arasında narkotik maddələrə aludəçilik yaranır. Araşdırmalara görə, dünyada 275 milyondan çox narkotik maddə istifadəçisi var. Onların 40-45 faizi qadın və uşaqlardır. Narkoloqların sözlərinə görə, dünyada olduğu kimi, ölkəmizdə də məktəbli uşaqlar arasında narkotik istifadəçiləri var. Uşaqlar arasında narkotik istifadəçilərinə 12-13 yaşdan etibarən rast gəlinir. Aludəçilərin bir qismini isə qızlar təşkil edir. Çox təəssüf ki, narkotik maddə istifadə edən qızların sayı durmadan artır.
Mütəxəssislərin fikrincə, təhsil müəssisələri narkomaniya ilə mübarizədə fəal iştirak etməlidir. Qoruyucu faktorların arasında məktəbdə narkomaniya və narkotik maddələr haqqında düzgün maarifləndirmənin aparılması durur. Pedaqoq Aliyə Baxışova deyir ki, narkomaniya ilə mübarizədə ailə mühiti olduqca böyük əhəmiyyət kəsb etsə də, məktəblərdə təlim-tərbiyə sisteminin düzgün təşkili də mühüm rol oynayır. Bu baxımdan təhsil işçilərinin üzərinə daha böyük vəzifələr qoyur: “Təcrübə göstərib ki, narkotik maddələrdən istifadə etmiş şagirdlər digərləri ilə müqayisədə dərslərini 45 faiz daha gec mənimsəyirlər. Bu bəlaya qarşı mübarizə təkcə rəsmi dövlət qurumlarının və hüquq mühafizə orqanlarının xidmətləri ilə məhdudlaşmamalıdır. Narkotiklərin istifadəsinin qarşısının alınması ilə bağlı psixo-pedaqoji xidmət gücləndirilməli, tədris proqramlarına bu məsələ ilə bağlı mövzular daxil edilməli, şagirdlərlə söhbətlər və görüşlər keçirilməlidir. Bununla yanaşı, valideynlər də öz məsuliyyətlərini artırmalı, övladlarını narkotik maddələrin təsiri altına düşməkdən qorumalıdırlar”.
Pedaqoq valideynləri xəbərdar edir ki, valideyn diqqətli olarsa, uşağın müəyyən davranış və əlamətlərindən onun narkotik maddələrin aludəçisi olduğunu anlaya bilər: “ Deyirlər, övladınıza dost kimi yanaşın. Məncə, uşaqlara elə ana-ata kimi yanaşmaq lazımdır. Unutmayaq ki, möhkəm ailənin təməli onun qayda-qanunlarıdır. Uşaqlarınıza düzgün nümunə olun, onlara lazımi diqqət və qayğı göstərin, daim yanında olduğunuzu hiss etdirin. Əfsuslar olsun ki, bəzən valideynlər öz üzərilərinə düşən sosial və mənəvi məsuliyyəti tam mənası ilə dərk etmirlər. Sosial bəlanı dəf etmək üçün hər birimiz ona öz töhfəmizi verməliyik”.
Sonda qeyd edək ki, ölkəmizin bu problemlə mübarizə aparmaq üçün güclü qanunvericilik bazası mövcuddur. Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsi sahəsində də ardıcıl və məqsədyönlü addımlar atılıb.
Son günlərdə həyata keçirilən əməliyyatlar nəticəsində külli miqdarda narkotik vasitə ələ keçirilib. Xüsusilə də, İran sərhədindən ölkəmizə narkotik vasitələri? keçirilməsi müşahidə edilib.
Mövzunu davam etdirəcəyik.
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20

