Ağdam Sənaye Parkı minalardan tam təmizləndi
29.04.2022 [10:22]
Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sistemi qurulacaq
Nicat PAŞA
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük haqq savaşımızda əldə etdiyimiz parlaq qələbədən dərhal sonra Qarabağda abadlıq-quruculuq işlərinə başlanıldı. Müharibədən çox az zaman keçməsinə baxmayaraq, Qarabağın hər qarışında işlər çox sürətlə həyata keçirilir. Erməni vandalları tərəfindən yerlə-yeksan olunmuş, Qafqazın Xirosiması adlandırılan Ağdam isə yaxın zamanda sakinlərini qarşılayacaq.
Yeri gəlmişkən, Qarabağın dirçəldilməsi və sənaye potensialının inkişaf etdirilməsi məqsədilə yaradılan Ağdam Sənaye Parkında sahibkarlar üçün əlverişli investisiya mühitinin yaradılması istiqamətində işlər uğurla davam etdirilir. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyi məlumat yayıb. Belə ki, 190 hektar sahəni əhatə edən Sənaye Parkının ərazisi mina və partlamamış hərbi sursatlardan tam təmizlənib. Yaxın vaxtlarda Sənaye Parkında rezidentlərin istifadəsi üçün infrastruktur sisteminin qurulması işlərinə başlanılacaq. Məlumatda o da qeyd olunur ki, hazırda Ağdam Sənaye Parkında 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bununla yanaşı, hazırda Sənaye Parkının rezidenti olmaq üçün sahibkarlar tərəfindən İqtisadi Zonaların İnkişafı Agentliyinə layihələr təqdim olunur və həmin layihələr Agentlikdə təhlil edilir.
“Yeni Azərbaycan”a sənaye Parkının iqtisadi əhəmiyyətindən danışan Milli Məclisin deputatı Elnur Allahverdiyev bildirib ki, 44 günlük Vətən müharibəsindən ötən dövrdə Azərbaycan dövlətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq fəaliyyəti məqsədyönlüdür. 30 ilə yaxın məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün əlverişli şərait yaradılır. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev birinci rübün yekunlarına həsr olunan müşavirədəki çıxışında bildirdi ki, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görülür. Digər regionlarımız kimi, Ağdamda görülən işlər də olduqca diqqətəlayiqdir. Nəzərə alınmalıdır ki, keçmiş məcburi köçkünlərin Ağdama qayıtması və orada yenidən məskunlaşması üçün iş yerlərinin olması vacibdir. Bu məsələ də dövlətimizin diqqət mərkəzindədir: “Dövlətin əsas məqsədlərindən biri də Ağdamın aparıcı sənaye şəhərinə çevrilməsidir. Artıq Ağdam Sənaye Parkı yaradılıb. Bu ilin fevralında parkda fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməli qoyulub. Bu sənaye parkının qurulması Ağdamın reinteqrasiyası və yenidən öz doğma sakinləri ilə məskunlaşması istiqamətində ciddi bir addımdır. Sevindirici məqamlardan biri də odur ki, dövlət tərəfindən belə əlverişli şəraitin yaradılmasının məntiqi davamı kimi iş adamları Ağdama sərmayələr yatırmaqda və müəssisələr açmaqda maraqlıdırlar. Bu, işğaldan azad edilmiş ərazilərimizin sənaye potensialının inkişaf etdirilməsi üçün olduqca mühümdür. Artıq 7 sahibkara sənaye parkının rezidenti statusu verilib. Cənab Prezident son müşavirədəki çıxışında da bildirdi ki, Ağdamda və Cəbrayılda təməli qoyulmuş sənaye parklarına maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər”.
Millət vəkili əlavə edib ki, 30 il işğal altında saxlanılan torpaqlarımızın, viran edilən şəhər və kəndlərimizin bərpası, yenidən qurulması və həmin ərazilərin müasir yaşayış məskənlərinə çevrilməsi dövlətimizin qarşısında duran mühüm vəzifə sayılır və yerlərə müntəzəm səfərlər bunu bir daha sübut edir. Qarabağ iqtisadi rayonunda görülən işlərin, həyata keçirilən tədbirlərin miqyası isə çox genişdir. Ağdam Sənaye Parkı bunun əyani ifadəsidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

