Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə və Ermənistan ilkin şərt olmadan normallaşma prosesini davam etdirəcək -Yenilənib

Türkiyə və Ermənistan ilkin şərt olmadan normallaşma prosesini davam etdirəcək -Yenilənib

03.05.2022 [18:25]

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndələr - Səfir Serdar Kılıç və Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan arasında Vyanada baş tutan görüş barədə bəyanat yayıb.

Trend-in məlumatına görə, bəyanatda deyilir ki, nümayəndələr bu proses vasitəsilə iki ölkə arasında tam normallaşmaya nail olmaq kimi daha əvvəl elan edilmiş məqsədi təsdiqləyiblər.

“Bu kontekstdə konkret fikirlər ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparılıb, bu istiqamətdə irəliləyiş üçün atıla biləcək mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr prosesi ilkin şərt olmadan davam etdirməyə razılıqlarını bir daha təkrarladılar”, - bəyanatda qeyd edilir.

***

Vyanada Türkiyə və Ermənistan arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin görüşü baş tutub.

"Report" xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, bu, xüsusi nümayəndələr arasında üçüncü görüşdür.

Paylaş:
Baxılıb: 735 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31