Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mayın 22-də Davosda növbəti Dünya İqtisadi Forumu işə başlayacaq

Mayın 22-də Davosda növbəti Dünya İqtisadi Forumu işə başlayacaq

19.05.2022 [11:28]

Mayın 22-də İsveçrənin Davos şəhərində növbəti Dünya İqtisadi Forumu işə başlayacaq.

AZƏRTAC xəbər verir ki, pandemiya səbəbindən iki ildir təxirə salınan və yalnız videoformatda baş tutan forumun bu il qış mövsümündə deyil, epidemioloji vəziyyətin əlverişli olduğu may ayında keçirilməsinə qərar verilib.

Forumda 2000-dən çox yüksək çinli siyasət, elm, iqtisadiyyat və media mənsubları bir araya gələrək, Ukraynadakı münaqişəni, pandemiya, qlobal inflyasiya və iqlim dəyişiklikləri kimi mövzuları müzakirə edəcəklər.

Forumun təsisçisi və prezidenti Klaus Şvab bildirib ki, hazırda dünya “tarixin dönüş nöqtəsi”ndədir və qeyd edilən problemlərin əhatəsində vəziyyət həmişə olduğundan daha mürəkkəb təsir bağışlayır.

Forum işini mayın 26-da başa vuracaq.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Bir tarixin izi ilə...

22 İyul 13:39  

Analitik

103-cü hökumət...

22 İyul 12:38

Analitik

Sosial

YAP xəbərləri

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31