Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi
28.05.2022 [11:50]
Dos. S.Qurbanov
Səbail YAP “Üzeyir Hacıbəyov 68” ƏPT-nin sədri
Ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il yanvar ayının 30-da “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncamı Cümhuriyyətin çoxsahəli fəaliyyətinə verilən ən yüksək qiymətdir. Ulu öndər Heydər Əliyev qeyd edərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, az yaşasa da xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş əhval-ruhiyyəsini yaymışdır. Bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Dövlət başçımız Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixini, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulanıb.
Cənab Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyənnaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Dövlət Bayraq Meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır. Ulu Öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev 2018-ci il yanvar ayının 10-da verdiyi sərəncamla 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir.
Zaqafqaziya Seyminin dağılmasından və meydana gəlmiş konkret tarixi şəraitdən istifadə etmək orada olan Azərbaycan nümayəndələri 1918-ci il mayın 27-də Azərbaycanın istiqlalını elan etdilər. Beləliklə, birinci türk dövləti yaradıldı. Həmin il may ayının 30-da Tiflis şəhərində ilk respublikanın ilk hökuməti - Fətəli Xan Xoyskinin başçılığı altında Kabinet yaradıldı. Azərbaycan hökuməti ilk gündən geniş tədbirlər həyata keçirməyə başl?mışdı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 30 iyun 1918-ci il tarixli qərarına əsasən Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi, xalq maarifinin inkişafına çox böyük və mühüm təkan verən ilk tədbirlərdən biri türk dilinin dövlət dili elan edilməsi idi. Bu 1918-ci il 27 iyun tarixli qərara əsasən elan edildi. Bunlardan sonra Cümhuriyyət hökuməti milli kadrların yetişdirilməsinə bu sahədə təhsilin tamamilə yenidən qurulmas?na xüsusi əhəmiyyət verdi.
Məktəblər milliləşdirildi. Azərbaycan Hök?mətinin 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil şagirdlərin öz ana dilində aparılmalıdır. Dövlət dili olan azərbaycan dilinin tədrisi icbari surətdə həyata keçirilməlidir. Təhsilin, maarif sisteminin milliləşməsi müəllim kadrlarının çatışmaması çətinliyini yaradırdı. Müəllimə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə Gəncə, Şəki, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi və Xalq Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil seminariya tək Qazağa köçürülməsi haqqında qərar qəbul etdi.
1919-cu ilin əvvəllərində Azərbaycanda 23 orta məktəb var idi. Bakı, Gəncə və Qazaxda müəllim seminariyaları, Bakı, Gəncə və Şəkidə “Müqəddəs Nina” qadın məktəbini, Bakıda Politexnik və ticarət məktəbləri fəaliyyət göstərirdilər. Lənkəran qəzası 1919-cu ilin iyulunda Azərbaycan Xalq Cümhuriyyətinin hök?mətə tabe edildikdən sonra sentyabrda kişi və qadın gimnaziyaları fəaliyyətə başladı.
Azərbaycan hökuməti ölkədə təhsili daha da genişləndirmək məqsədilə 1919-cu ilin yayında qısamüddətli pedaqoji kurslar açdı. Belə kurslar kişi və qadınlar Bakı, Gəncə, Şəkidə, kişilər üçün Şuşa, Qazax, Qusar, Salyan və Zaqatalada açılmışdı. 1919-cu ildə 50 nəfər müəllim Türkiyədən gəlib müəllimlik fəaliyyətinə başlamışdılar.
Tədris müəssisələrini lazımi ədəbiyyat və təchizatla təmin etmək həyata keçirilən mühüm islahatlardan biri idi. Xalq Maarif Nazirliyi Azərbaycan dilində dərsliklərin yazılması və nəşri üçün komissiya təşkil etmişdi. Türkiyədən də dərslik və dərs vəsaiti almışdı.
Azərbaycan Xalq Cümhuriyyətinin milli kadrların hazırlanmasını tezləşdirmək üçün Xalq Maarifi Nazirliyinin qarşısında ali məktəblər yaratmağı tapşırır. Lakin o dövrdəki tarixi şərait yalnız Bakı Dövlət Universitetinin açılmasına imkan verir. Universiteti professor-müəllim heyətilə təmin etmək üçün tanınmış alimlər dəvət olunur.
Universitetdə Məhəmməd Əmin Rəsulzadə Osmanlı ədəbiyyatı tarixini, Mirzə Rəhim Mirzəyev türk dilini, R.Kaplanov Osmanlı ədəbiyyat tarixini tədris edirdilər. Azərbaycanda ali təhsil sisteminin yaradılması və inkişafında böyük rolu olan tibb elmi sahəsində tanınmış alim, cərrah Vasili İvanoviç Razumovski universitetin ilk rektoru olmuşdur.
Ölkədə savadsızlığın ləğv edilməsi üçün bir çox şəhərlərdə-Bakı, Şuşa, Şəki, Zaqatala və Qazaxda yaşlı əhali üçün kurslar açılmışdı. Eyni zamanda Bakıda parlamentin üzvü Abdulla bəy Əfəndiyevin rəhbərliyi ilə ibtidai məktəb müəllimləri üçün xüsusi kurslar açılmışdı. Bu kurslarda pedaqogika, Azərbaycan ilinin tədrisi metodikası öyrənilirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif sahəsindəki qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz iz buraxmışdır.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17

